Zombi nədir və necə olur?

Dostlarınla Paylaş

“Zombi” sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb və bu dildä o, təxminən “canlı meyit” mənasını verir. Buranın özündə isə “zombiləşdirmə əməliyyatı” ilə əsasən, Daqomeya (indiki Benin) şəhərindən çıxmış zəncilərin əcdadları – vudu ayininin icraçıları məşğul olurdular. Hazırda dünyanın müxtəlif xalqları arasında, o cümlədən, Avstraliya aborigenləri, Asiya türkləri və b. arasında da, “zombiləşdirmə” əməliyyatının müxtəlif formalarının tarixən mövcud olduğu məlumdur (“zombi” sözünün türk qarşılığı: «manqurt»).

Zombi nədir?

Zombi şüursuz, əqidəsiz, iradəsiz insandır. O, heç bir mənafe və ya əqidə güdmədən, qabaqcadan ona verilmiş tapşırığı yerinə yetirmək üçün hər şeyə hazırdır. O, avtomat itaətkarlığı ilə qulluq etməyə, lazımi vaxtda istənilən adamı, anasını, həyat yoldaşını, övladını, hətta özünü belə öldürməyə qadirdir. Belə adamlar üçün tərəddüd, peşimançılıq, maraq və s. kimi hisslər yabançıdır.

Bəs onların bu vəziyyətə düşməsinin səbəbi nədir?

İnsanları zombiyə çevirməyin bir sıra metodu mövcuddur və bunlardan əsasən ikisi praktikada geniş tətbiq edilir: kimyəvi və psixodinamik metod.

Uzaq Haiti adalarında kimyəvi metodun sirri xüsusi məxfiliklə saxlanılırdı və yalnız nəsildən-nəslə ötürülürdü. O, həm də, bir növ gəlir mənbəyi idi ki, onun sirri indiki “firma sirri” kimi qorunurdu. Bu metodun sirrisə çox sadədir: zombiyə çevrilməsi planlaşdırılan adamın (qulun, əsirin və s.) yeməyinə qabaqcadan dörddişli balıqların (iynəbalıqların, dimdikburun balıqların və b.) ətindən hazırlanan xüsusi zəhər – tetrodoksin qatılır və o, dərhal öldürülür (tetrodoksin – ən güclü zəhər sayılan kalium sianiddən 500 dəfə [!] güclüdür). Lakin bu, həqiqi yox, klinik ölümdür. Belə ki, həmin balıqların əsasən dəri örtüyündə, qaraciyərində, cinsi məhsullarında (süd, ikra,…) və s.-də toplanan bu zəhər sinir sistemini iflic edən zəhərlər sırasına daxildir və dərhal güclü stupor törədir (stupor – latıncadan tərcümədə quruma, qıc olma, bayılma deməkdir). Bənzər hala insan qəfil xəbərdən sonra, diksinmələr, qorxu zamanı və s.-də də, düşür. Bundan sonra «gələcək zombi» torpağa basdırılır və müəyyən müddət orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isə gözünü açıb ilk gördüyü şəxsin (“xilaskarının“)əbədi şüursuz quluna çevrilir.

Zombiləşdirmənin psixodinamik metodlarının əsasları isə bu yaxınlarda işlənib hazırlanıb. Amerika psixoloqlarının apardığı belə bir təcrübə məlumdur: müəyyən bir filmin lentinə hər 25 kadrdan bir belə bir elan yerləşdirilir: “Koka-kola için!”. Filmin nümayişi zamanı bu söz saniyənin iyirmi beşdə biri qədər vaxtdan görünüb yox olduğundan (kinofilmlər bir saniyədə 25 kadr sürəti ilə verilir) tamaşaçılar təbii ki, onu oxuya bilmirdilər və filmin axırına qədər də, bu əlavə təsirdən xəbərsiz oldular. Lakin… filmin qurtarması ilə hamının bir nəfər kimi yaxınlıqdakı koka-kola köşkünə qaçıb, koka-kola alıb içməsi bir oldu. Məsələ orasındadır ki, insanın bu cür ani təsirləri dərk edib-etməməsindən asılı olmayaraq, onlar hissiyyat tərəfindən qəbul edilir və hiss olunub dərk edilməyən informasiyalarsa itməyib, birbaşa təhtəlşüur sferasına keçir, oradan fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Hipnozun belə funksiyası isə elmdə çoxdan məlum olan faktdır.

20.03.1967 tarixdə Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qəsdə cəhd edən bir amerikan vətəndaşı – Luis Ancelo Kastilyo həbs edilir. Heç nəyi boynuna almayan cinayətkarla əlaqədar məhkəmə psixiatrları hipnoz seansı keçirməyi qərara alırlar və olduqca dərin hipnozdan sonra Kastilyo öz həqiqi “mən”ini büruzə verir. Məlum olur ki, onun beyni xüsusi kəşfiyyat orqanları tərəfindən “proqramlaşdırılıb” və o, bundan əvvəl də, bir neçə sui-qəsddə iştirak edib. Bu, missiyasını yerinə yetirdikdən sonra isə, o, həm də özünü öldürməli imiş…

Məqalə bghorror.com saytından alınmışdır.

TREND XƏBƏRLƏR

loading…


135 total views, 1 views today

FİKİR BİLDİR
loading...