Yuxu və yuxunun mərhələləri

Dostlarınla Paylaş

 

Yuxular haqqında alimler, filosoflar bir çox müzakireler etmiş, araşdırmalar aparmışdılar.

Yuxular haqqında alimler, filosoflar bir çox müzakireler etmiş, araşdırmalar aparmışdılar. Lakin indiye kimi yuxu haqqında tam dəqiq məlumat əldə edilməmişdir. Yuxular hele de gizli dünya olaraq bilinir. Çikako Universitetinin yuxu üzre mütexessisi Allan Rechtschaffen sübut etmişdir ki, insanın yatdığı zaman bele beyni dincəlmir. İnsan bədəninin hücəyrələrinin insan oyaq olduğu halda özünü bərpa etmə kimi qabiliyyəti vardır ve beləliklə insan yorğunluğu aradan qalxır. Yorğunluğu almaq üçün yatmağa ehtiyac qalmır. İngiltərəli psixoluq ve mütəxəssis Dr. Evansa göre yatmaq insanın yuxu görməsine şərait yaratmaq məqsədi güdür. Alimlərin fikrincə insan yatarkən fiziki sabitlik yaranır. İnsan həyatının üçdə birini yataraq keçirir.

Yuxuda gördüklərmiz həddindən artıq tez bir zamanda baş verir. Bəzən bir film kimi gördüyümüz yuxular əslində bir o qeder vaxt almır. Bunu biz sadəcə yuxudan durduqdan sonra fərz edə bilirik. Araşdırmalara göre ən uzun görülən yuxunun müddəti 90 saniyədir.
Yuxunun bir neçə növü vardır. Bunlardan insanın başının yorğun olduğu zaman, və ya insanın gün ərzində düşündüyü,lakin cavab tapa bilmədiyi məsələlər ile bağlı yuxuda qarmaqarışıq və ya axtardığı çıxış yolunu görməsidir. Bu kimi yuxular sadəcə təsir altında olma səbəbi ilə görülür ve heç bir əhəmiyyəti yoxdur.
Yuxu həmçinin bütün məməlilərdə,quşlarda və balıqlarda gözlənən təbii dincəlməkdir. Bu canlılar günlük işlərini həyata keçirmək üçün üçün yuxuya ehtiyacları var. Yuxu tam anlamı ilə şüursuzluq kimi qiymətləndirmək olmaz. İnsanlarda kifayət qədər yuxu alınmaması unutqanlıq,əsəb,depressiya,diqqət dağınıqlığı kimi problemlərə səbəb ola bilər. Yuxu insan ömrünün ən az 1/3 hissəsini alır. Yuxu 24 saatlıq dönəmdə təbii olaraq öz yerini alır. İnsanın asanlıqla oyandırılması deyişdirilmiş şüur halıdır. İnsanların yuxudakı davranışlarını və EEG istifadə edərək onların beyin dalgalarını incələyən elm adamları yuxu müddətində gerçəkləşən hadısələrə dair sübut və dəlilləri aşkar edirlər. Oyaq halımızda ya da yatarkən beyin dalğaları, beyindəki milyardlarla neronlar arasındakı elektrik şəbəkəsi əsasında fəalyyət göstərir. Yuxu həmçinin yaddaşın yenidən təzələnməsi və psixoloji yenilənmə üçün vacibdir.
Yuxu 2 hissədən ibarətdir. REM mərhələsi( Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) və NREM(Non-Rapid Eye Movement). Bu fazalar bildiyimiz kimi göz hərəklərimizə görə adlanır. Yuxu zamanında müəyyən aralıqda gözlərimiz tez-tez qırpılmaya və göz yuvalarına doğru hərəkət etməyə başlayar. Bu REM adlanır. digərində isə hərəkət baş vermir və NREM adlanır. Bu göz hərəkətinin spesifik olaraq səbəbi bilinmir,amma Rem sırasında oyandırılan insanlar hardasa həmişə o vaxt yuxu gördüklərini hiss edə bilirlər. Ümumiyyətlə, gözlər çox gümanki yuxunun təsiri ilə hərəkət edirlər ancaq gözlər qapalı olduğu və duyğu orqanları deactiv’ə yaxın olduğundan bu mümkünsüzdür. Dəqiq səbəbi hələ də elmə qaranlıqdır.

Rem və NREM mərhələləri bir yuxu zamanında peropdik baş verən hadisədir. Yəni bədənimiz yuxu vaxtında REM ilə NREM mərhələləri arasına gedib gəlir. Ancaq REM mərhələsi, NREM mərhələsindən çox qısadır. NREM mərhələsi təxminən 90 dəqiqə ərzində baş verər və sonrasında bir REM mərhələsinə girər. Ancaq REM mərhələsi adətən 90 dəqiqə başverməz, lakin dəqiq vaxtı da bilinməz. Gecənin təxminən 75%-ni NREM mərhələsində keçiririk
İndi isə yuxu mərhələrini daha dərindən nəzər salaq.
Yavaş yuxu olaraq da bilinən NREM mərhələsində sinir aktivliyi gedərəl azalır, metabolik sürət və bədən temperatoru ən aşağı səviyələrə enir. Bu vaxt görülən yuxuların 10%-ı xatırlanır. Bu mərhələ alt fazalara görə belə siralana bilər.

A) NREM mərhələsi (%75)

 

1) Bölüm – 1

 

1. Oyaq olmaqla yuxu arasındalı dönəm.
2. ”Yüngül” yuxu.

2) Bölüm – 2
1. Yuxunun başlanğıcı.
2. Ətraf ilə (Ayıq olarkən ətrafla münasibətimiz) əlaqə kəsilir.
3. Nəfəs almaq və ürək döyüntüləri sabitləşir.
4. Bədən temperatoru aşağı düşür

3) Bölüm 3 ve 4
1. Ən dərin yuxudur.
2. Qan dövranı zəifləyir.
3. Nəfəs alıb verilməsi yavaşlayır.
4. Əzələlər boşalar.
5. Əzələlərə göndərilən qanın miqdarı artar.
6. Toxuma(həmçinin hüceyrə) böyüməsi və bərpası sürətlənər.
7. Enerji yenilənər.
8. İnkişaf hormonu artar.
B) REM mərhələsi (%25)

 

İnkişaf Bu mərhələdə görülən yuxuların 80%-ı xatırlanır.Amma maraqlı bir fakt var ki, əsasən bu mərhələdə oyanmadığımız üçün bu yuxular çox vaxt xatırlanmaz. REM yuxusunu yaxşı almayan insanlarda şübhəçilik,duygu və vəziyyət pozuqluqları, performans düşüklüklüyü,yaddaş zəifliyi müşahidə olunur. REM mərhələsini belə sıralamaq olar.

 

1. Beynə enerji verilməsini təmin edir.
2. Gündüz performansı artırır.
3. Beynin fərqli bölgələri aktiv edilir və yuxular görülür.
4. Gözlər irəli geri istiqamətində hərəkət edər.
5. Vücudumuz yavaşlayar və hərəkət etməz
6. Ghrelin ve leptin hormonları sayəsində sevinclik və toxluq kimi durumlar təmin oluna bilər.
7. Qaranlıqda melatonin hormonu artar.
Gənc bir yetişkin insanın yuxusu

1. 5%-ni NREM 1
2. 50-60%-ni NREM 2
3. 15-20%NREM 3 və 4
4. 20-25%-ni REM

mərhələlərində keçir.

513 total views, 1 views today

FİKİR BİLDİR

Bir cavab yazın