Yeni alınmış paltarı niyə yumaq lazımdır?

Dostlarınla Paylaş

Nyu-Yorkda Kolumbiya universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.

Təəssüf ki, qanun istehsalçılara məhsullarda hansı kimyəvi maddələrin istifadə edildiyinə dair məlumatın yarlıqlarda qeyd olunmasını icazə vermir.

“Daily Mail” qəzeti yazır ki, Yeni Zelandiyada mütəxəssislərin apardığı tədqiqatlar göstərib ki, Çin geyimlərində təhlükəsiz normalarına cavab verməyən 900-dan çox allergik maddə aşkar olunub. Professor və dermatoloq Belsitonun sözlərinə görə, çin məhsullarında əsas təhlükə mənbəyi formaldehid qatrandır. Qaz halında olan rəngsiz maddə qırışların yaranmaması və kif inkişafının qarşısının alınması üçün bir sıra geyimlərə tətbiq edilir. Formaldehid qatran dəri və allergik reaksiyalar yaradır, bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, o xərçəng xəstəliyinin də inkişafı riskini artırır.

Boyaq maddələri də az təhlükəli deyil. Azoanilin boyaq maddələri ilə işlənmiş bir çox sintetik parçalar dəridə ağır reaksiya yarada bilər. Ona görə də mütəxəssislər həssas dəri tipinə sahib olanlara aldığı təzə paltarları geyinməzdən əvvəl yumağı tövsiyə edib.

Məlumat üçün bildirək ki, allergiya bir qayda olaraq, daha çox tərləyən yerlərdə — bel, boyun, diz altı, həmçinin qoltuqların ətrafında özünü daha çox göstərir.

loading…


414 total views, 2 views today

FİKİR BİLDİR