Yatmadan öncə bunları edin, daha yaxşı yatın

Dostlarınla Paylaş

Yuxuya gedə bilməmə, yerində saatlarla fırlanma dincəlmə saatlarından alır, insanı stressə salır. Yatacağınız otağın, çarpayının, yorğan-döşəyin rahatlığından başqa bir neçə şeyə əməl etsəniz daha yaxşı yatmağınıza kömək edər.

Bunlara əməl edin, yaxşı yatın.
  1. Əgər  otaqda  işığın yandırılması,  telefondan və ya pəncərədən düşən işıq  sizi yuxudan edirsə, bunun adamı nə qədər qıcıqlandırdığını bilirsiniz. Göz maskası taxmaqla  bundan xilas ola bilərsiniz.

    2. İpək üzlü yastıqlar dərini daha az qıcıqlandırır və hamarlaşdırır, saçları yumşaq edir (dolaşıq saçlara əlvida deyin). Bu sizi layiq oluğunuz rahatlığa qovuşdura  bilər.

    3. Günün yorğunluğunu sakitləçdirici meditasiya musiqiləri dinləyərək ata bilərsiniz. Ya da  internetdən sakitləşdirici səs effektləri tapa  bilər (dalğalanan dənizin,  damcılayan yağışın səsi və s.), sakit mahnılardan ibarət bir albom qoyub zehninizə istirahət verə bilərsiniz.4. Deyilənə görə, lavanda qoxusu stressi və qan təzyiqini azaldır.  Yatağınızın yanında lavanda ətirli  şam yandırmaqla onun rayihəsindən həzz ala bilərsiniz. Yuxulamazdan  əvvəl şamı söndürməyi də unutmayın.Qeyd edilənlərə əlavə olaraq deyə bilərəm ki, istənilən vaxt istənilən yerdə yata bilirəm. Məncə bu gün ərzində yorulmağınızdan da asılıdır. Bir də yatmazdan əvvəl bir az təmiz havada gəzmək də rahat yatmağınıza kömək edə bilər. Yuxunuz şirin olsun.

loading…


660 total views, 1 views today

FİKİR BİLDİR