Yalan detektoru necə işləyir?

Dostlarınla Paylaş

‘Polygraph’ adlanan bu alət Cleve Backster tərəfindən icad edilib. Bu alət ilə şübhəliyə 4-6 ədəd sensor bağlanır. Bu sensorlardann gələn müxtəlif siqnallar, dönməkdə olan bir kağızın üzərinə qrafik olaraq yazılar. Bu sensorlarla şübhəlinin,
1.Nəfəs alış sürəti
2. Nəbzi
3. Qan təzyiqi
4.Tərləmə miqdarı
qeydə alınır. Bəzi yalan maşınlarında qol və qıç hərəkətləri də yazılır. (Bunlar maşının daha mürəkkəb və mükəmməl formasıdır, praktik olaraq səhv nəticəyə gəlmə ehtimalı 0 — dır)

Yalan maşını testi başlayarkən şübhəliyə əvvəl 3 və ya 4 sadə sual verilir. Bu şəkildə şübhəlinin verdiyi siqnalların nizamı öyrənilir. Daha sonra gerçək suallar soruşulmağa başlanır və siqnallar qeydə alınmağa davam edilir.

Test müddəti zamanı  və test bitdikdən sonra bir mütəxəssis qrafikləri davamlı nəzarətdə saxlayır, hansı suallarda siqnalların dəyişdiyini qeyd edir. Ürək atışının sürətinin artması, təzyiqin yüksəlməsi və tərləmə ümumiyyətlə yalan danışmanın əlamətləridir. Yaxşı öyrədilmiş bir mütəxəssis qrafiklərə baxınca harada yalan danışıldığını dərhal anlaya bilir.

Hər şeyə baxmayaraq, insanların sualları şərh etmələri və reaksiyaları fərqli olduğundan, yalan danışarkən fərqli davrana bildiklərindən, bu test mükəmmələ çatmış deyil, bəzən yanıldıcı ola bilir və qəti dəlil kimi qəbul edilmir.

329 total views, 2 views today

FİKİR BİLDİR