Yalan danışanın yalanını necə bilmək olar

Dostlarınla Paylaş

Müasir dövrdə bir sıra psixologiya üzrə ixtisaslaşmış alimlərin verdiyi məsləhətlərlə yollarla qarşındaki insanın yalan danışıb danışmadığı ortaya çıxarmaq mümkündür. Bü gün sizə, qarşınızdaki insanın yalan danışarkən hansı jest və hərəkətlər etdiyi haqqında bəzi punktları təqdim edəcəyik.

1. OYUN

Yalançı, öz sözlərinin doğluruluğu sübüt etmək üçün istənilən rola girmək bacarığına malikdir. Beləki siz ilk öncə onun səsinin titrəməsindən və gülüşünün qeyri-təbii olmasından onun yalan danışdığı aydınlaşdıra bilərsiniz.

2. Anlaşılmazlıq

Yalanın üstü açılmasın deyə, yalan danışan şəxs mövzüdan bixəbər olduğunu, söhbətin nədən getdiyini anlamadığına dair danışıqlar edərək söhbətdən yayınmaq üçün vasitələrə əl atacaq. Beləliklə, qarşısındaki şəxsi mğvzudan kənarlaşdırmağa çalışaraq öz yalanını ört-bastır edəcək.

3. Vicdan əzabı

Yalan danışan şəxs, ilk növbədə həmsöhbətində onu günahlandırdığına dair “vicdan əzabı” yaratmağa çalışır. Necə deyərlər “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”

4. Günahlandırma

İlk növbədə söhbəti başlayaraq, qarşısındaki şəxsi günahlandıraraq, əsas məsələdən yayındırmaq. “Qara məni basınca..”

5. Fəlsəfə

Ətrafdan dəstək almadığını görən yalançı, məhşur insanlardan sitatlar gətirərək, onların həyat təcrübəsindən danışmağa başlayacaq.

6. Haqq qazanmaq

Yalançıdan başqa hamı yalançıdır. Öz günahını başqalarının üstünə yıxmağa çalışmaq, yalançının əsas xüsusiyyətlərindən biridir.

7. Yaddaş

Danışığın episentrindən yayınmaq üçün, yalançı yaddaşında problemlərin olduğunu və hadisələri xatırlamadığını deyərək , şərh verməkdən boyun qaçırdır.

8. Din

Artıq hər tərəfdən sıxılmağa başlayan yalançı şəxs, öz dini etiqadlarını ön plana çəkərək “imanlı, inanclı” olduğunu deyir və bu inamın ona yalan danışmağa imkan vermədiyini deyir.

9. Tərif

Söhbətə aid olmayan bir zamanda qarşısındakı insanı tərifləyərək onu özünə çəkmək

10. Yayınma

Hər bir sualdan yayınaraq cavab verməkdən boyun qaçırtmalar əsas yalan danışma yollarından biridir. Əks halda yeni yalanlar uydurmaq lazım gələcək.

loading…


TREND XƏBƏRLƏR

loading…


644 total views, 1 views today

FİKİR BİLDİR