Xanımlara xas psixoloji sindromlar

Dostlarınla Paylaş

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom varki, onları sizin nəzərinizə çatdırmaq istəyirik.

Anna Karenina sindromu
Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.” Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır.

Elizabet Bennet sindromu
Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimi ki, Elizabet sevmir, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizin peşinizi buraxmayacaq.

Skarlett Oxara sindromu
Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyid olun.

Rebekka Şarp sindromu
Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır.

Nastasya Filipovna sindromu
Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!”Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa

Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək:

  • İsterik elementlərin mövcudluğu
  • Emosional labillik, davamsızlıq
  • Bədbinlik
  • Konfliklərə meyllilik
  • Aqressivlik
  • Ideallaşma
  • Yüksək qiymətli fikirlərin olması

Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır.

Hazırladılar: Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu – Reyhan Mirzağayeva və Klinik Psixoloq- Aydan Xasməmmədzadə

loading…


590 total views, 1 views today

FİKİR BİLDİR