Wi-Fi siqnalını gücləndirməyin 10 asan yolu

Dostlarınla Paylaş

Hazırda oxuduğunuz məqaləni wi-fi şəbəkəsinə qoşularaq oxuma ehtimalınız kifayət qədər yüksəkdir. O ehtimal da var ki, bu zaman siqnal gedir gəlir, zəifləyir və tam istədiyiniz kimi deyil. Bu siqnalı gücləndirməyin bir neçə asan yolu var, təbii ki əgər qonşunun wi-fi şəbəkəsində deyilsinizsə 🙂

Çox zaman biz bu siqnalları virtual hesab etsək də əslində heç də elə deyil, onlar fizikidir və elektronik cihazlar, divarlar hətta insanlar onu zəiflədə bilər. Bunu əyani göstərmək üçün Fizika fakültəsinin tələbəsi Ceyson Koul öz evinin wi-fi şəbəkəsinin xəritəsini çəkib.

Wi-fi Modem və ya ruterin yeri, ətrafında olan cihazlar siqnala çox təsir edir. Beləliklə, siqnalı gücləndirməyin yolları:
  1. Modeminizi döşəmədən götürün. Əvvəla yerdə olduqda siqnal aşağı ilə gedir belə ki, antenna vasitəsilə yayılır. İkincisi döşədə istifadə olunan materiallar sement, dəmir və s. siqnalı zəiflədir. Üçüncüsü də ki, hər dəqiqə ayağınıza ilişəcək.
  2. Modemi evin mərkəz hissəsində yerləşdirin. Əgər modem otağın küncünə, pəncərənin yanına qoyulubsa bu siqnalın böyük hissəsinin israfı deməkdir.
  3. Modemi internetdən ən çox istifadə etdiyiniz otaqda yerləşdirin. Təbiidir ki modemə nə qədər yaxın olsanız siqnal bir o qədər güclü olacaq. Ən ideal variant onu mərkəzə yaxın otağa qoyub internetdən də orada istifadə etməkdir.
  4. Modemi digər elektronik cihazlardan uzaq tutun. Xüsusilə naqilsiz telefonlar, televizorlar, mikrodalğalı sobalar elektromaqnit şüalanması yayır və siqnalı zəiflədir. Bundan əlavə su da siqnala mənfi təsir edən amillərdəndir və akvariumun yanında da saxlamaq yaxşı fikir deyil.
  5. Modemi açıqlıqda saxlayın. Wi-fi siqnalının qarşısını bir çox vasitələr ala bilər deyə modemi mümkün qədər açıqlıqda saxlamaq lazımdır. Dolabın içində, böyük mebellərin arasında yerləşdirmək məqsədəuyğun deyil.
  6. Antennalardan birini üfüqi, digərini şaquli yerləşdirin. Belə olan halda siqnal daha geniş ərazidə yayılacaq. Bundan əlavə bəzi cihazların modemi şaquli bəzilərininki isə üfüqi olduğundan bu cür yerləşmə hər iki tipə uyğun olacaq.
  7. Siqnalın güclülüyünü ölçün. Cloudcheck və Amped’s Wi-Fi Analytics kimi proqramlar siqnalın gücünü yoxlamağa imkan verir. Bu yolla siz siqnalın zəif olduğu yerləri müəyyənləşdirərək, modemin daha yaxşı yerləşdirilməsini təmin edə bilərsiniz.
  8. Modemin proqramını düzgün sazlayın. Provayderinizlə ayarları dəqiqləşdirin. Bəzi modemlər bir neçə tezlikdə işləyir. Bu səbəbdən düzgün tezliyi seçmək vacibdir.
  9. Problemin provayderlə bağlı olmadığını dəqiqləşdirin. Bunu yoxlamaq üçün bir dəfə wi-fi bir dəfə də naqillə internetə qoşulub speedtest edin. Hər iki halda sürət zəifdirsə, problem provayderdədir.
  10. Avadanlığı dəyişin. Əgər yuxarıda qeyd olunanlar kömək etməsə avadanlığı dəyişmək çıxış yolu ola bilər.
loading…


651 total views, 1 views today

FİKİR BİLDİR