Webmoney qeydiyyat və hesabı Aktivləşdirmək

Dostlarınla Paylaş

Pul çıxartmaq üçün pulunuzu webmoney-ə ötürmək lazımdı. PayPal Azərbaycanda işləmir. Bunu videoda başa salmışam. Amma əvvəl www.webmoney.ru saytından qeydiyyatından keçmək lazımdır. Qeydiyyatdan keçməyi öyrənmək istəyirsinizsə youtube-da “webmoney qeydiyyat” və ya “webmoney kayıt ol” yazırsınız. 100-lərlə video çıxacaq. Mən elə öyrənmişəm. Qeydiyyatdan keçdikdən sonra https://mini.webmoney.ru girirsiz saytda “ЗАЙМЫ” (bu bölmə sol sütünda ən aşağıdakı bölmədi) bölməsinə daxil oluruq. Bu bölmədə “Фотографии документа” bölməsinə daxil oluruq. Şəxsiyyət vəsiqəmizdə yazılan şeyləri qeyd edirik. Sonra bizdən şəxsiyyət vəsiqəmizin ön hissənin şəklini çəkməyimizi tələb edir sayt. Şəxsiyyət vəsiqəsini səliqəli çəkib göndəririk. 1-3 gün ərzində sizə təsdiqlənmə mesajı gələcək ki, həqiqətən bu sizsiz. Sonra elə “ЗАЙМЫ” bölməsində “Личная фотография (PhotoId)” bölməsinə daxil olub nümunədə göstərildiyi kimi şəxsiyyət vəsiqəmizlə selfie çəkib göndəririk. Bu əməliyyat da təsdiqlənəndən sonra siz artıq webmoney-dən tam qeydiyyatdan keçmiş olursuz. Bundan sonra Globusdan qazandığınız pulları webmoney hesabınıza rahat şəkildə ata bilərsiz. Webmoney hesab kodu təqribən “Z7652821666655” bu formada olur. Webmoney hesabınıza pul yığıldıqdan sonra o pulu “ОПЛАТА УСЛУГ” bölməsində “ПЕРЕВОД НА ЛЮБУЮ КАРТУ” bölməsinə daxil oluruq. Burdan da Карта в USD (Visa, MasterCard, Maestro) bölməsinə daxil olub pulumuzu kartımıza köçürürük. Webmoney hesabınızda minimum karta yükləmək üçün 10 dollarınız olmalıdı.

Ceyhun Babayev

621 total views, 3 views today

FİKİR BİLDİR
loading...