Washington Post qəzetinin eksperimenti

Dostlarınla Paylaş

 

Soyuq yanvar səhərlərinin birində Vaşinqton metro stansiyasında bir kişi skripkada ifa etməyə başlayır. 45 dəq ərzində o 6 kompozisiya ifa edir. Pik saat olduğu üçün bu müddət ərzində onun qarşısından işə tələsən mindən çox insan keçir.

İfaya başlayandan 3 dəqiqə sonra orta yaşlı bir kişi ona fikir verir. Addımlarını yavaşıdır, bir neçə anlıq dayanır, sonra isə uzaqlaşaraq öz işlərinin dalınca gedir. Bir dəqiqə sonra skripkaçı ilk gəlirini əldə edir – bir qadın onun qarşısındakı qutuya xirda pul atır və yoluna davam edir. Bir neçə dəqiqə sonra başqa bir kişi divara söykənərək onu dinləməyə başlayır, lakin az sonra o da saatına baxaraq tələsik uzaqlaşır.

Skripkaçıya ən çox 3 yaşlı uşaq diqqət edir. Anası tələskənliklə onu harasa aparsa da, o dayanır və musiqiçiyə baxmağa başlayır. Anası onu dartaraq aparsa da uşaq dəfələrlə geriyə dönərək skripkaçıya baxır. Bu hal bir neçə uşaqlı valideyn ilə təkrarlanır. 45 dəqiqə ərzində cəmi 6 nəfər qisa müddətə ayaq saxlayaraq onu dinləyir, 20 nəfər dayanmadan keçərək qutuya pul atır. 45 dəqiqə ərzində musiqiçi 32 $ qazanır.

Keçənlərdən heç kim skripkaçının dünyada ən məşhur musiqiçilərdən olan Coşua Bell olduğunu anlamadı. O 3,5 milyon $ dəyərindəki Stradivari skripkasında indiyədək yazılmış ən çətin musiqi kompozisiyalarını ifa edirdi.
Metrodakı ifadan 2 gün qabaq biletin orta qiyməti 100 $ olan Bostondakı konsertdə anşlaq idi.

Coşua Bellin metrodakı ifası Vaşinqton Post qəzetinin sosial eksperimenti idi – iş günü, uyğun olmayan vaxtda biz ətrafımızdakı gözəllikləri duyuruqmu? Gözlənilməz şəraitdə biz talantları qiymətləndirə bilirikmi?
Eksperimentdın çıxan nəticə budur ki, əgər planetin ən mahir musiqiçilərindən birinin ifasında indiyədək yaradılmış ən gözəl musiqi nümunələrini dayanıb dinləməyə vaxtımız yoxdusa, müasir həyat tempi bizi belə şeylərə kar və kor edəcək qədər boğucudusa daha nələri nələri itirdiyimizi düşünmək lazımdı.

 

Elçin Abdulla

160 total views, 1 views today

FİKİR BİLDİR
loading...