Vimena və yoxa çıxmış 8 əsgər

Dostlarınla Paylaş
2010-cu ildə Əfqanıstandakı qeyri-adi bir kəşf, dünya liderlərin hərəkətə keçirdi.
Əfqanıstanda xidmət göstərən ABŞ əsgərlərindən 8-i girişində qəribə işarələr olan bir mağaraya daxil oldular. Uzun bir koridordan keçən əsgərlər, gözlərinə belə inanmadıqları bir şey gördülər. Bu dastanlarda adı çəkilən, antik bir UNO (Uçan Naməlum Obyekt) yəni – Vimanaydı.
Vimana nədir?
Vimanaların adı Hind dastanlarında çəkilir. Dastanlarda Vimana detallı olaraq təsvir edilir.

8 amerikalı əsgər həmin gün mağarada tapdıqları Vimananın şəkillərini çəkərək hərbi bazaya ötürdülər.Lakin, qəribə bir formada onlar mağarada yoxa çıxdılar. Onlarla bir daha əlaqə yaradıla bilmədi. Əsgərlərdən geriyə mağaranın girişindəki avadanlıqları qaldı. Qəribədir ki, bu hadisə ilə bağlı olaraq rəsmi heç bir məlumat olmasa da, hadisədən qısa bir müddət sonra ABŞ prezidenti Barack Obama 3 dekabr tarixində Əfqanıstana sürpriz bir ziyarət etdi. Prezidentin ABŞ əsgərləri ilə görüşünün baş tutduğu deyilirdi. ABŞ prezidentinin ziyarətindən cəmi 4 gün sonra 7 dekabr tarixində isə İngiltərə baş naziri David Cameron Əfqanıstana səfər etdi.Cəmi bir gün sonra isə Fransa Nicolas Sarkozy Əfqanıstana səfər etdi. Lakin bu səfər gizli saxlanıldı. Nicolas Sarkozy həmin günlərdə Hindistanda səfərdə idi və 8 dekabr tarixində ABŞ ordusuna aid hərbi təyyarə ilə Əfqanıstana təcili gətirildi. 10 gün sonra isə Almaniya kansleri  Angela Merker Əfqanıstana səfər etdi. Bu səfər bir çox xəbər agentlikləri tərəfindən “sürpriz ziyarət” olaraq təqdim edildi. Bir ay ərzində 4 dünya lideri Əfqanıstana səfər etdi.Angela Merkerin Əfqanıstana səfərindən sonra Rusiya Xarici Kəşfiyyat Xidməti baş nazir V.Putin için raport hazırladılar. Ruslar nəyinsə baş verdiyiin fərqində idilər.İddialara görə dünya liderlərinin ölkəyə ard-arda səfər etməsinin səbəbi mağarada tapılmış Vimana idi.Əfqanıstanda tapılan Vimananın 5 min yaşının olduğu düşünülür. Obyekti incələmək üçün ona yaxınlaşan alimlərin fikrincə  onun ətrafında qoruyucu bir enerji qalxanı var. Hind dastanlarına görə, Vimanalar iki mərtəbəli, dairə formasındadır.Onlar inanılmaz bir sürətdə hərəkət edə bilir və uçarkən melodik səslər çıxarır. Dastanlarda onların insanlar tərəfindən hazırlanmadığı, Vimanaların ətrafında zaman quyusunun olduğu deyilir.Rus kəşfiyyat raportuna görə, gizli zaman quyusu və bitməz-tükənməz güc qaynağı Edward Leedskalnin texnologiyası ilə əlaqəlidir.Edward Leedskali, qədim insanların gizli məlumatlarını açdığını iddia etmişdi. O, 1923-1951-ci illərdə 1100 ton mərcan qayasını tək başına, bilinməyən bir üsulla oymağı bacarmışdı.Əfqanıstanda Vimana ilə yanaşı bəzi yazılar da tapılmışdı. Mağarada tapılan həmin yazılara görə, Vimananın gerçək sahibi “Zərdüştlük” adı verilən dinin qurucusu Zərdüştdür. 2010-cu ildə baş vermiş bu hadisənin bəzi detalları bir müddət sonra bəzilərinə məlum olsa da, prezidentlərin səfərinin əsl məqsədi heç vaxt bilinmədi.Bundan 3 il sonra qəribə yazıların olduğu daha bir mağara tapıldı.

228 total views, 1 views today

FİKİR BİLDİR
loading...