Venera — Günəşin qərbdən doğulduğu planet

Dostlarınla Paylaş

Venera — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə dönür. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir.

Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və -4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47.8°-dır.

Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür, ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır. Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb. Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.

Venera qəribə bir planetdir. Dediyimiz kimi, bütün planetlərdən fərqli olaraq Venera əksinə şərqdən qərbə doğru dönür (fırlanır). Yəni Venerada Günəş qərbdən doğulur. Öz oxu ətrafındakı bir dövrün 243 gündə tamamladığı halda, Günəş ətrafındakı tam dövrünü 224 gündə bitirir. Bu o deməkdir ki, Venerada bir gün bir ildən daha uzundur. Bir çox elm adamı, bu uzun günlərin səbəbini Günəşin planet üzərindəki güclü cazibə təsirinə görə olduğunu düşünür. Ancaq bəzi elm adamları, hələ Veneranın əks istiqamətdə dönməsi mövzusunda çaşqın vəziyyətdədir. Fransız araşdırma institutu Astronomie et Systèmes Dynamiques, mövzuyla əlaqədar bir nəzəriyyə irəli sürüb.

Bu nəzəriyyəyə görə, Venera bu an olduğu kimi digər planetlərlə eyni istiqamətdə dönürdü. Başqa bir sözlə, planetin fırlanma istiqaməti dəyişməyib, ancaq digər planetlərə baxıldığımız zaman yalnız fərqli istiqamətdə dönür. Elm adamları, bunun səbəbinin planet üzərindəki günəşin cazibə gücünün çox ola biləcəyini və bunun güclü atmosfer dalğalarının (yaxınlaşıb uzaqlaşma) səbəb ola biləcəyini müzakirə edir. Veneranın qabığı və nüvəsi arasındakı sürtünmə ilə birləşən bu dalğalar onun tərsinə dönməsinə səbəb ola bilər. Alexander Correira və Jak Laskari isə, Veneranın əslində ən başdan bəri tərs istiqamətdə dönmədiyini iddia edir. Correira və Laskar’a görə, planetin dönüşü iflasa uğradı və istiqamətin dəyişdirdi. Yuxarıda bəhsi keçən təsirlərlərlə yanaşı, digər planetlərin səbəb olduğu dalğaların (yaxınlaşıb uzaqlaşma) təsirini də nəzərə alaraq qrup, planetdə baş verən inkişaf səbəbinə görə Veneranın oxunun dəyişdiyi nəticəsinə baş verib.

48 total views, 1 views today

FİKİR BİLDİR