Uşağı dodaqdan öpmək olmaz

Dostlarınla Paylaş

Uşağınızı dodaqdan öpməyin

Mütəxəssislər valideynlərə xəbərdarlıq edib. Onların sözlərinə görə, uşaqlıq dövründə dodaqdan öpmək onların cinsi həyatına təsir edir. Bəs, ana və ataların uşaqlarını dodağından öpməsi onların gələcəkdə hansı problemlər yaşamasına yol açır?

Uşaqlar hesab edirlər ki, bir şey ya yaxşıdır, ya pisdir. Uşaq şüuraltı müsbət duyğu yaşadıqda onu yaxşı kimi qəbul edir. Mənfi duyğu yaşadıqda isə təbii olaraq onu pis hadisə kimi qəbul edir. Ana və atanın övladının dodağından sevgi ilə öpdükdə bu, uşağın xoşuna gəlir. Bu hadisəni yaddaşında yaxşı kimi qeyd edir.

Uşaq başqa adamların da dodağından öpməsinə etiraz etmir. Çünki uşaq düşünür ki, ana və atasının hər hərəkəti doğrudur. Dodaqlar beyində ən çox neyron sayına malik bölgələrdən biri olduğu üçün bu duyğunun daimi olmasına da səbəb olur.

Uşaq sonra böyüklərin onun dodağından öpməsini arzulaya, ya da onların bu istəyinə müsbət cavab verə bilər. Bu vəziyyət təəssüf ki, uşağı təcavüzdən müdafiəsiz hala gətirir. Uşaq əcnəbi şəxsləri ayırd edəcək yaşa gələndə də, bu davranışa etiraz etməsi ehtimalı aşağı düşür, başqalarını dodaqdan öpməyə də meylli olurlar. Bu uşaqlarda cəmiyyətdə başqalarına, xüsusilə, yaşıdlarına qarşı əxlaqsız hərəkətlər etməsi də müşahidə edilə bilər.

Atanın qızını, ananın oğlunu dodaqdan öpməsi uşağın gələcəkdəki cinsi həyatına da mənfi istiqamətdə təsir göstərə bilər. Atanın oğlunu, ananın qızını dodağından öpməsi isə uşağın gələcəkdə həmcinsinə aşiq olması yönümündə problemlərə səbəb ola bilər.

Bu cür uşaqların yetkinlik dövrlərində tez və sağlam olmayan cinsi münasibətlərə məruz qalması da müşahidə edilə bilər. Odur ki, sevgi və qayğınızı uşaqların dodaqlarından deyil, yanaqların öpməklə nümayiş edin.

777 total views, 1 views today

FİKİR BİLDİR