Ulduzların yaranma prosesləri və növləri

Dostlarınla Paylaş

Bir ulduzun formalaşması çətin və uzun bir müddət alır. Böyük qaz və molekul buludları daxilində sıx bir kütlə cazibə rəqabəti tələb edir. Əksəriyyəti hidrogen (74-75%) və heliumdan (24-25%) ibarət dumanlıqlarda müxtəlif təsirlərlə sıxışan böyük miqdarda maddə bir yerə toplanıb, cazibənin təsiriylə sıxlaşmağa və sıxışmağa başlayır. Bir yerə toplanan maddələrin miqdarı artdıqca, cazibə gücü də mütənasib olaraq artır və ətrafdakı olan bir çox maddəni də özünə çəkərək ağırlığını və mərkəz bölgəsindəki təzyiqin də artırır. Təzyiq artdıqca maddə isinir və körpə ulduz parlamağa başlayır. Lakin hələ bir ulduz deyil, sadəcə çox sıxışıb isindiyi üçün parlayır və öz enerjisini hələ istehsal edə bilmir.

Kainatdakı dumanlıq adı verilən nəhəng qaz və toz buludları ulduzların doğum məkanlarıdır.

“Cücə ulduz”

Bir müddət sonra da, ulduzu sıxışmağa məcbur edən cazibə gücüylə, mərkəzdəki nüvə reaksiyalarından ibarət enerjinin yaratdığı “genişləmə” istəyi tarazlığa girir. Hidrostatik tarazlıq deyilən bu hadisəylə, ulduz “cücə ulduz” deyilən mərhələyə girir və ömrünün ən uzun hissəsini bu daxili çökmə-genişləmə mübarizəsiylə keçirir. Məsələn Günəş 4.5 milyard ildir bu mərhələdədi və ən azı bir o qədər də bu mərhələdə qalacaq.

Təbii ki bir ulduzun formalaşması üçün bir yerə toplanacaq maddənin miqdarı çox əhəmiyyətlidir. Əgər ulduzu meydana gətirən qaz buludu, hidrogen və helium xarici elementlərə nisbətən kasıbdırsa, ən azı Günəşin 8.3%-i qədər kütlənin bir yerə toplanmağına ehtiyac yaranacaq. Lakin metal baxımından zəngin (məsələn 1-2%) bir buludursa 7.5 %-lik bir Günəş kütləsi bəs edə bilər. Ya da başqa sözlə, bir ulduzun formalaşması üçün Yupiterin təxminən 80 qatı qədər bir kütləyə sahib olmalıdır.

“Qəhvəyi cırtdan”

Əgər formalaşmağa çalışan ulduz bundan daha kiçik bir kütləyə sahib olsa, mərkəzində nüvə reaksiyaları başlamayacaq, sıxışması sona çatınca yavaş-yavaş soyuyaraq, bir neçə milyon il ərzində gözdən itəcək. Bu cür uğursuz ulduzlara “qəhvəyi cırtdan” adı verilir.

Dumanlığın içində bir yerə tolanan böyük miqdarda qaz, qruplar halında sıxılır və körpə ulduzların ilk mərhələsini təşkil edir

 

Yupiter niyə ulduz ola bilmədi?

Yupiter Günəş sisteminin başlanğıcında, bundan 4 milyard il əvvələ qədər, sistemimizdə ikinci bir ulduz kimi parlayan bir “qəhvəyi cücə” idi. Lakin çox kiçik kütləsinə (planetimizin 318 qatı, Günəşin isə 1/1000) görə ulduz olmağı bacara bilmədi və bir neçə yüz milyon il ərzində soyuyaraq indiki halını aldı. Yupiterin ulduz olaması üçün, indiki kütləsinin ən az 80 qatı daha çox böyük kütləyə sahib olmalı idi.


Həmçinin ulduzun formalaşması üçün mütləq ki, hidrogen və heliuma ehtiyac yoxdur. Kifayət qədər su molekulu bir yerə toplana bilsəydi, ulduz yarana bilərdi. Lakin kainatın 99%-dən çoxu hidrogen və heliumdan meydana gəldiyi üçün, ulduzlar bundan meydana gəlir. Digər elementlərin dumanlıqlardakı sıxlığı bir ulduz meydana gətirə biləcək qədər çox deyil.

452 total views, 1 views today

FİKİR BİLDİR