Toz nədir?

Dostlarınla Paylaş

Tozun olmaması həyatımızda hansı çatışmazlıqlara səbəb olardı?
Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox incə, pudraya bənzər maddədir. Allah tozu xüsusi məqsədlə ancaq dünyaya xas yaratmışdır. Cənnətdə toz yoxdur. Allahın tozu yaratmasının ardında bir çox hikmət var. Tozun zərərləri insanın dünyaya bağlanmasının qarşısını alır. Ancaq toz olmasa, təbii proseslərin həyata keçməsində bir çox problemlər yaranar.

Tozun mənbəyi müxtəlifdir. Tüstü bacalarından çıxan karbon qazı, vulkan püskürmələri, çiçəklərin tozcuqları, bitki əsaslı maddələr, metal qırıntıları, avtomobil şinlərindən çıxan tozlar, heyvan və insan dərilərinin artıqları, kürk və tüklərin artıqları, dənizlərdən və səhralardan gələn toz zərrəcikləri bunlardan bəziləridir.

Toz zərrəciklərinin yaradılış məqsədini bu günə qədər heç düşünməyə bilərsiniz. Bir çox insan tozu əhəmiyyətsiz hesab edə bilər, hətta tozun məhz ətraf mühiti kirləndirməkdən başqa məqsədinin olmadığını zənn edə bilər. Halbuki, Allah yaratdığı hər təfərrüat üzərində düşünməyimizi və yaradılış səbəblərinin ardındakı hikmətləri görməyimizi istəyir.

Toz zərrəcikləri Yerdəki qüsursuz müvazinətin tənzimlənməsində böyük rol oynayır.

Tozun faydası varmı?
Allah toz zərrəciklərini atmosferdə, xüsusilə yağışın yağmasında mühüm rol oynayacaq şəkildə yaradıb. Yağışın yağması üçün toz zərrəciklərinə ehtiyac var Əslində, mikroskop altında görünən toz zərrəcikləri çox kiçik bərk və maye zərrəciklərdən təşkil olunub. Bu zərrəciklərdən ağır olanlar daima yerə düşür, bəziləri isə küləklərlə çox uzaqlardan gətirilir. Çox yüngül olan toz zərrəcikləri isə havada asılı qalırlar. Bu toz zərrəciklərinə atmosferin çox yüksək təbəqələrində də rast gəlinir.

Havadakı su buxarı toz zərrəciklərinin üzərində sıx toplanaraq duman, çən və buludları əmələ gətirir. Əgər atmosferdə bu toz zərrəcikləri olmasaydı, su buxarının damcı şəklində sıxlaşması mümkün olmazdı. Hətta havada toz zərrəcikləri olmasaydı, sıxlaşan su buxarı yerə yağış damcısı şəklində düşməz, çox güclü leysan yağışlarına səbəb olar, bu isə sellərə və torpaq sürüşmələrinə yol açardı. Lakin Rəbbimiz toz zərrəcikləri ilə qüsursuz nizam yaratmış, yağışın yağmasını tənzimləmişdir.

Toz zərrəcikləri işığı əks etdirir və işığın yayılmasına səbəb olur
Allah günəş işığı başda olmaqla, bütün işıq mənbələrinin görünən olması üçün toz zərrəciklərini səbəb kimi yaradıb. İşıq şüaları toz zərrəcikləri ilə toqquşaraq işıq əmələ gətirirlər. Günəş doğarkən və ya batarkən Yerin Günəşdən işıq almasının səbəbi toz zərrəciklərinin günəş işığını əks etdirməsidir. Günəşin doğduqda və batdıqda meydana gələn qızartı atmosferin yuxarı təbəqələrindəki tozun miqdarı ilə əlaqədardır. Atmosferdəki toz zərrəcikləri və rəngsiz qazlar işığın saçılmasına səbəb olur. Mavi işıq daha çox, qırmızı işıq isə daha az saçılır. Səmanın mavi olmasının səbəbi toz zərrəciklərinin qısa dalğalı mavi işığı uzun dalğalı qırmızı işığa nisbətən daha çox əks etdirməsidir. Axşam günəş batmazdan əvvəl və səhər günəş doğduqdan sonra, yəni Günəş üfüqə yaxın olduqda Günəşdən gələn işıq çox uzun hava təbəqəsindən keçərək Yer kürəsinə çatdıqda toz zərrəcikləri daha çox işıq saçılmasına səbəb olurlar. Ona görə, Günəş qırmızı görünür. Hava buludlu olmadıqda bu prinsiplə göy üzü mavi görünür, dumanlı havalarda isə sıx su buxarı qısa dalğalı mavi işığı saçır, uzun dalğalı qırmızı işığı isə qırmızı və ya narıncı rəngə çevirir.

Torpaqdakı mineral maddələrin artmasına səbəb olur
Saxara və digər böyük səhralardan atmosferə mütəmadi olaraq toz qalxır. Səhralardan qalxan narın zərrəciklər bir-birinə yapışır, bu zərrəciklərin bir hissəsi kosmosa gedir, qalanı isə yerə düşür, yerə düşərkən bir-biri ilə toqquşur, parçalanır və daha kiçik zərrəciklərə çevrilir və səmada müxtəlif ölçülü zərrəciklərdən ibarət nəhəng toz yığını meydana gəlir.

Atmosferdə toplanan bu narın tozlar yuxarıda buludların əmələ gəlməsinə səbəb olur. Böyük qismi yağışla palçıq şəklində yer üzünə düşür və düşdüyü yeri münbitləşdirir. Çünki torpağı və suyu qidalandırır. Məlum olduğu kimi, yağış buludlarında hidrogen göstəricisi (pH) aşağıdır. Ancaq tozla birlikdə uçuşan bakteriyalar yağış buludları ilə aktivləşir və ion mübadiləsi reaksiyasını sürətləndirir. Günəş enerjisinin bol olduğu fəsillərdə gündüz buludun tərkibindəki dəmirin miqdarı artır. Dəmirlə yüklü toz zərrəciklərinin torpağa düşməsi isə torpağın münbitliyini artırır.

Quruya çatmayan toz zərrəcikləri dənizi də münbitləşdirir, dəmir cəhətdən kasad olan okeanlarda dəmirin miqdarını artırır. Xüsusilə qırmızı səhralardan gələn tozlar dəmirlə zəngindir. Səhra tozlarının torpağı münbitləşdirən xüsusiyyətlərinə bir neçə misal çəkmək olar:

Çindəki Qobi səhrasından qalxan dəmirlə zəngin tozlar Sakit okeanı dəmirlə zənginləşdirir. Uca Rəbbimizin yaratdığı qüsursuz müvazinətin bir nəticəsi olaraq bu proseslə atmosferdəki karbon azalır. Çünki okeanlardakı planktonlar soyuq okean sularında tez həll olan karbon qazı və tozlarla gələn digər ionlarla qidalanaraq böyüyürlər. Bu mikroorqanizmləri yeyən digər dəniz canlılarının ölüb dənizin dibində toplanması ilə karbon dəniz altında toplanır. Beləliklə, atmosferdə karbon artıqlığının qarşısı alınır.

Afrikada Saxara səhrasından qalxan tozlar da Amazon meşələrindəki bitkilərin böyüməsinə təsir edir. Amazon meşələrinin laterit torpaqları bu ərazidə həddindən artıq ekvatorial yağışlar yağdığına görə münbit deyillər. Ancaq torpağın zəif mineral tərkibi fosforla zəngin tozların yağışla yer üzünə düşməsi ilə zənginləşir. Tərkibində minerallar olan səhra tozlarının köməyi ilə münbitləşən torpaqda bitən həmişəyaşıl meşələr isə atmosferdəki karbonu udur. Bu şəkildə, dəmirli və fosforlu tozlar Allahın qurduğu qüsursuz nizam sayəsində qlobal istiləşmənin səbəbi olan karbon qazını azaldaraq tənzimləyir. Şübhəsiz ki, həyatımızı davam etdirməyimiz üçün bu cür qüsursuz sistemi yaradan aləmlərin

Toz zərrəciklərinin zərərli cəhətləri:

–  Kirlilik meydana gətirirlər. Tozun həyatımızda ən əsas xüsusiyyəti ətraf mühiti kirlətməsidir. Ən təmiz yerdə belə toz zərrəcikləri havada uçuşur. Günəşli gündə otaqda uçuşan toz zərrəciklərini hamımız görmüşük. Bir yeri təmizlədikdən dərhal sonra təmiz yer sürətlə toz zərrəcikləri ilə örtülür və ən çox bir gün sonra həmin yer sanki heç təmizlənməmiş kimi olur.

–   Stolun üstündəki təmiz stəkanın içində ən az 25.000 mikroskopik toz var. Bu toz zərrəciklərində yer üzündəki hər şeydən bir az var. Səhra qumlarından tökülmüş kiçik zərrəciklər və gözlə görünməyən dəvə tükü lifləri, küləklə sovrulan meşə göbələyinin toxumları və qurumuş bənövşə artıqları və ya yaxınlıqdakı avtobusdan çıxan kiçik qara qurum parçaları stəkanın içindəki gözlə görünməyən toz zərrəciklərindən bir neçəsidir. Təkcə tozun əmələ gətirdiyi kirlilik belə insanın həsrətini çəkdiyi əsl yurdun dünya olmadığını anlaması üçün kifayətdir. Tozun dünya həyatına bağlanmağımızın qarşısını alan xüsusiyyəti təkcə kirlilik deyil.

İnsanlardakı allergik xəstəliklərin də səbəbi tozdur: yun, ipək və tük kimi zərərsiz görünən maddələrin lifləri də bəzi insanlarda astma xəstəliklərinə, çiçəklərin tozcuqları isə allergik rinitə səbəb olur.

Tozlu yerlərdə partlayış təhlükəsi artır. Normal şəraitdə asanlıqla alovlanmayan un və kakao kimi maddələr, kömür şaxtaları və yağlı toxum parçalarının üyüdüldüyü fabriklərlə toxuma fabriklərindəki toz partlayışa səbəb ola bilir.

Dəzgah və motorların aşınmasında təsiri: toz hərəkətli hissələri aşındırdığına görə dəzgah və motorlara zərər verir.

Sənaye bölgələrində sağlamlığa böyük zərər vurur: atmosferin alt təbəqələrindəki tozun heç bir faydası yoxdur. Xüsusilə qış aylarında bu toz çənin tərkibindəki su damcıları tərəfindən udulur və bronxiti və ya başqa ağciyər xəstəliyi olan insanlara böyük zərər verir.

89 total views, 1 views today

FİKİR BİLDİR
loading...