Tarixin ən qəddar işgəncə metodları

Dostlarınla Paylaş

Tarix boyu insanı ən çox qətl edən elə insan olub. Bununla bərabər ən ağlasığmaz, ən qəddar işgəncə metodları da bir qrup insan tərəfindən digər qrupa, insana tətbiq edilib. Onların bəziləri ilə sizi tanış edirik.

  • Siciliya Öküzü. Qədim yunanıstanda tətbiq edilirdi. Bu bürüncdən hazırlanmış bir öküz idi. Yan tərəfdən qapısı var idi. Qurban bu öküzün içərisinə yerləşdirilirdi. Altdan ocaq yandırılırdı. Öküz o qədər qızırdı ki, sarı-qırmızı rəng alırdı. Bu öküzü elə düzəldirdiər ki içəridə qovrulan insanın səsi isə öküz nəriltisi kimi çıxırdı.
  • Şişləmə. III Vlad Tsepeş və ya Vlad Drakula tərəfindən ən sevilən edam növü idi. Edam ediləcək adam şişin üzərinə otuzdurulurdu. Sonradan şiş qaldırılıdı. Öz ağırlığı onu yavaş-yavaş şişə keçirirdi. Bu zülm 3 günə qədər davam edə bilirdi. Bəzi məlumatlara görə Drakula bu yolla bir dəfəyə 20.000 adam edam etmişdir özü də yemək yeyə-yeyə.
  • Heretik çəngəli. Bu iki tərəfli çəngəl insanın boğazına elə bağlanırdı ki bir tərəfi çənəsinin altına digər tərəfi boğazının altına dirənirdi. Baş getdikcə aşağı düşür və çəngəl hər iki tərəfi deşirdi.
  • Gilyotin. Çoxunuz filmlərdən bu “cansız cəllad”la tanışsınız. Qurbanın əlləri bağlanır, başı qurğuya yerləşdirilirdi. Yüksəklikdən düşən iti  alət isə onun başını üzürdü.
  • Siçovullarla işgəncə. Siçovullar bir qaba yerləşdirilir və işgəncə veriləcək adamın qarnına qoyulurdu. Qab qızdırılıdı. Çıxış yolu tapmayan siçocullar, adamın qarnını yeyərək deşib oradan xilas olurdular.
  • İuda Kreslosu. Hər tərəfi iti şişlərlə dolu bir kreslo təsəvvür edin. 1800-cü illərə qədər Avropada bu cür işgəncə metodu mövcud idi. Bəzən o dəmir şişlər qızdırılaraq əzabı daha da artırırdı.
  • Sement ayaqqabılar. Ən qəddar işgəncə metodları siyahısında mafiya tərəfindən tətbiq edilən bir metod. Satqınlara, düşmənlərə qarşı tətbiq edilirdi. Həmin adamların ayaqları xüsusi qaba qoyulur və yaş sementlə doldurulurdu. Quruduqdan sonra çaya, gölə atılırdı.
  • İspan eşşəyi. İndiki tikintidə istifadə edilən “eşşək”dən fərqli olaraq bu “eşşək” üst hissəsi bir birinə 30-45 dərəcə bucaq altında birləşmiş hissələrdən ibarət idi (tərsinə V hərfi kimi). Qurban soundurularan bu “eşşəyə” mindirilirdi. Bir müddət sonra bədən iki hissəyə ayrılırdı.

    Bütün bu metodlar bir daha sübüt edir ki, ən qəddar varlıq elə insanın özüdür.
loading…


3,062 total views, 5 views today

FİKİR BİLDİR