Tarixdə iz qoymuş qədim Sparta

Dostlarınla Paylaş

Spartalılar hərbçi olublar
Bugünkü günə qədər Sparta ətrafında çox saylı əfsanələr dolaşır. Həqiqətənmi qədim spartalılar mükəmməl hərbçilər idilər və əqli əməyi sevmirdilər, doğurdanmı onların çox sərt qanunları var idi?
Spartadan danışarkən qeyd etmək lazımdır ki, bu qədim yunan dövlətinin adı “Lakemedon” idi. “Sparta” adının yaranması romalılar ilə bağlıdır.

Qədim Spartanın qazıntıları
Sparta digər qədim ölkələr kimi çətin, lakin məntiqi sosial quruluşa malik idi. Faktiki olaraq cəmiyyət tam hüquqlu vətəndaşlara və asılı natam hüquqlu vətəndaşlara bölünürdülər. Qeyd etdiyimiz hər bir kateqoriya isə öz növbəsində siniflərə bölünür.

Həmçinin Spartada “hipomeyonlar” deyə bir sinif var idi. Bu sinfə əqli və fiziki cəhətdən məhdudiyətli uşaqlar daxildir. Onlar natamam vətəndaşlar hesab edilirdilər.

Belə bir sinfin mövcudluğu Spartada məhdudiyyətli uşaqların öldürüldüyü nəzəriyəsini təkzib edir. Lakin qeyd etmək lazımdır ki, Spartada gənclər sərt sistem ilə tərbiyyə olunurdular. Bu sistem “aqoqe” adlanırıdı.

Belə bir sərt sistemin tətbiq edilməsi isə gənclər arasında ölüm halların müşahidə olunmasına səbəb olurdu.

Spartalılar haqqında yayılmış digər məşhur bir əfsanədə sparta ordusunun məğlub edilməz olmasıdır. Sözsüz ki, sparta ordusu olduqca güclü ordu olmuşdu, lakin tarixə bu ordunun da məğlub olunması məlumdur.

Sparta ordusunun əsgərləri döyüş sənətini mükəmməl səviyyədə mənimsəmişdirlər, onlar fiziki cəhətdən olduqca güclü idilər. Həmçinin Sparta ordusu sərt intizam ilə fərqlənirdi. Bütün qonşu ölkələr Sparta ordusunun intizamına heyrət edirdilər.

Lakin spartalılar mühəndislik işində zəif idilər və bu amil müharibələr zamanı onlara düzgün hərbi strategiya qurmağa maneə olurdu.

Digər bir əfsanəyə görə, spartalılar əqli əməyi sevmirdilər. Bu nəzəriyyə həqiqəti qismən əks etdirir. Spartada da həqiqətən də əqli əmək sevilmirdi. Lakin bu, o demək deyil ki, Sparta bəşəriyyətə heç bir şair və ya yazıçı bəxş etməyib. Spartada ən məşhur yazıçılar Alkman və Terpandr olmuşdular.

143 total views, 1 views today

FİKİR BİLDİR