Steve Jobs tövsiyyə edir! 10 ruhlandırıcı həyat dərsi

Dostlarınla Paylaş

“Apple” şirkətinin məhsullarının istifadəçisi olmasam, hətta yüngül desək onları sevməsəm belə, Stiv Cobsun müasir. rəqəmsal dünyanın inkişafındakı rolunu danmaq ədalətsizlik olar. Adam biznes və innovasiyalar sahəsində işinin ustası olub.

Cobsun həyat fəlsəfəsini təşkil edən məsləhətləri sizə təqdim edirik.

  • Qəlbinin səsini dinlə.

    İş insanın həyatının, vaxtının çox hissəsini alır. Bu yolda yorulmamağın, bezməməyin yeganə çıxış yolu sevdiyin işlə məşğul olmaqdır. Əgər hələ də bu işi tapmamısınızsa, axtarışları davam etdirin.

  • Ətrafını dəyiş.

    Qəbirstanlıqda yatan ən varlı adam olacağım hissi məni heç də sevindirmir. Ətrafımızdakı insanlar üçün lazımı şeylər etdiyimiz duyğusu ilə yatmaq, budur mənə güc verən.

  • Fərqli düşün.

    Qeyd edim ki, bu həm də “Apple” şirkətinin sloqanıdır. Cobs deyirdi ki, sual verin, araşdırın, ofis qəfəsindən çıxın. Yeni ideyalar kresloda oturmaqla gəlmir.

     

  • Arzuları sat, məhsuları yox.

    Sizin müştərilər, həyatlarını daha da gözəlləşdirmək istəyirlər. Onlara bunu verin.

  • Məhsulları özün üçün düzəldirmiş kimi düşün.

    Biz “Mac”-ın proyekti üzərində işləyəndə onu mücərrəd olan kimsə üçün yox, özümüz üçün düşünürdük. Biz hər hansı marketinq araşdırması etmirdik, ideal məhsul yaratmaq istəyirdik.

  • “Yox” deməkdən çəkinmə.

    Yox deməyi bacarmasanız, daha vacib işlərin üzərində fikrinizi cəmləyə bilməyəcəksiniz.

  • Çətinləşdirmə.

    Mənim əsas məqsədlərimdən biri sadə və mərkəzləşdirilmiş iş görmək idi. Sadəlik, mürəkkəblikdən daha mürəkkəb ola bilər. Sadə düşünə bilmək üçün çox çalışmaq lazımdır. Lazımi nöqtəyə gəldikdə, dağları yerindən oynadacaqsınız.

  • İdeallığa doğru get.

    Nümunəvi, etalon olmağı qarşınıza məqsəd qoyun.

  • Qaydaları poz.
    Hər şeyi fəqli görən insanlar, heç də müəyyən edilmiş qanunları sevmirlər. Yalnız dünyanı dəyişəcəyinə inananlar bunu edə bilir.
  • Dünyaya bir dəfə gəlirsən.
    “Əgər bu gün yaşadığım son gün olsa, etdiklərimə görə peşman olarammı?”. Əgər bir neçə gün dalbadal bu suala “Bəli” deyə cavab verirsənsə, deməli təcili nələrisə dəyişmək lazımdır.
loading…


483 total views, 1 views today

FİKİR BİLDİR