Stephen Hawking: “Yadplanetlilər dünyanin sonunu gətirə bilər.”

Dostlarınla Paylaş

Stephen Hawking, dünya xarici varlıqların planetimizi kəşfetməsinin insanlığın sonunu gətirə biləcəyi xəbərdarlığını etdi.

Məşhur İngilis fizikaçı Stephen Hawking, İspaniyada nəşr edən ‘Spain’s El Paris’ə verdiyi müsahibədə dünya xarici varlıqlar ilə əlaqədar maraqlı şərhlər etdi.Söz mövzusu reportajda dünya xarici varlıqların, başqa bir deyişlə yadplanetlilərin insanlığın sonunu gətirə biləcəyi xəbərdarlığını edən Hawking, bu istiqamətdə araşdırmalarda olmağın insanlığın öz sonunu yaxınlaşdırdığı qeyd etdi.

“Yadplanetlilərin varlığını qəbul etmək olduqca TUTARLI BİR NƏZƏRİYYƏdir”

Hawking’ə görə, riyazi olaraq dünya xarici varlıqların var olduğunu qəbul etmək olduqca mümkün bir nəzəriyyədir. Bu varlıqların köçəri bir mədəniyyətə sahib olma ehtimallarını vurğulayan Hawking, bu canlıların öz planetlərindəki qaynaqları istehlak etmiş və həyata uyğun başqa planet axtarışı içində olma ehtimallarının olduğunu da sözlərinə əlavə etdi.

“Planetimizin İŞĞALI İLƏ nəticələnə bilər.”

Bu vəziyyətin son dərəcə təhlükəli nəticələr doğura biləcəyini ifadə edən İngilis fizikaçı, söz mövzusu axtarışın planetimizin işğalı ilə yekunlaşa biləcəyi ehtimalının mövcud olduğunu  vurğuladı.

“AMERİKA’NIN KƏŞFEDİLMƏSİNDƏN BELƏ DAHA PİS”

Planetimizin dünya xarici bir mədəniyyət tərəfindən kəşfini Amerikanın kəşfinə bənzədən Hawking, bu ssenarinin reallaşmasının doğuracağı nəticəsinini “Amerikanın kəşfedilməsindən belə daha pis” olaraq misal gətirdi.Daha əvvəl bənzər bir xəbərdarlığı süni zəka üçün edən nəzəri fizikaçı Stephen Hawking, İngiltərənin paytaxtı Londonda təşkil edilən Zeitgeist Konqresində etdiyi çıxışında “Kompüterlər, süni zəka sayəsində önümüzdəki 100 il içində insanları ələ keçirəcək” ifadələrini istifadə etmişdi.

loading…


109 total views, 2 views today

FİKİR BİLDİR
loading...