Stendal sindromu nədir?

Dostlarınla Paylaş


Stendal sindromu psixoloji pozulma hesab olunur. Tez-tez ürək döyüntüsünün artımı, baş fırlanması, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir. Sindromun simptomları yalnız mədəniyyət obyektlərində deyil, həm də təbiətin hədsiz gözəlliyindən də ortaya çıxa bilir: bunlara təbiət hadisələri, heyvanlar, inanılmaz dərəcədə gözəl olan qadın və kişilər daxildir.

Sindrom necə əmələ gəlib?
Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın ismindən götürülüb. Yazıçı 1817-ci ildə “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında Florensiyaya gəlib çıxdığını duyğusallıqla qələmə alıb:

“Müqəddəs Xaç kilsəsinə girəndə ürəyimi yaddan çıxartmış, gedə-gedə elə zənn edirdim ki, həqiqətin yavaş-yavaş azaldığı həyatda məhv olacağam… Mən incəsənətin şedevrlərini, onlarda olan ehtiras enerjisinin gücünü gördükcə bundan əvvəl həyatımda rastlanan hər şey mənasız, xırda, məhdud görünürdü. Ehtiras küləyi öz qüvvəsi ilə yelkəni şişib-doldurur, yəni, insan hisslərini irəli verir. Əgər ehtiras bir yerdə yox olmuşdursa o zaman orda əskiklik olacaq”.

Sindromun əlamətləri
Florensiyadakı Uffis qalereyasına gələn insanlarda sindromun əlamətləri görünsə də, o yalnız 1979-cu ildə italyan psixiatr Qraçiell Maqerin tərəfindən təsvir edilib. Belə ki, həmin şəxs Florensiyaya gələn yüzdən çox turisti ayrı-ayrı izləmiş, onlardakı qəribəlikləri müşahidə etmişdir. O, eyni adlı kitabında xəstələrin halını və eləcə də onun meydana gəlməyinin təsnifini verib. Təsnif aşağıdakı kimidir:
— Şimali Amerikadan və Asiyadan gələn turistlərdə bu sindorum əlamətləri hiss olunmur. Çünki həmin mədəniyyət onlara yaddır.
— İtalyan turistləri bu atmosferə lap doğulduqları vaxtdan tutulur, onlar da sindorma qarşı immunitet də mövcuddur. — Yerdə qalan turistlərin arasında daha çox bu sindrom ayrı-ayrı klassik, ya da dini görünüşü insanlarda baş verir.

1982-ci ildə qoyulan ilk diaqnoz
Sindromun daha geniş vüsət alması Floresniyada, Renessansın beşiyindəki əlliyə yaxın müzeyin açılması ilə başlayır. Rəssamların öz əsərlərində tərənnüm etdikləri sərgiyə gələn müştərilərin duyğularının qabarmasına, hisslərinin cuşa gəlməsinə səbəb olur. Bununla da, yəni fəzada göstərilən təsvirlərlə inanılmaz dərəcədə bütün emosiyaların açılması baş verir. Sindromun qurbanlarının verdiyi reaksiya hər birində fərqli üzə çıxır: ya isteriyayacan yuvarlanır, ya da şəkillər sınaq nəticəsində məhv olur. Bu sindroma tutulanların sayı az olsa da Florensiya müzeyinin keşişçiləri qurbanlara necə hərəkət etmələrini öyrətməyə başlayırlar.

Sindrom kinoda
Xatırladaq ki, Stendal sindromu ilə bağlı hətta film belə çəkilib. “Stendal sindromu” adlanan filmin rejissoru italyan Dario Adjentodur. Film psixator Qraçelli Maqerinin romanı əsasında səhnələşdirilib. “Stendal sindromu” triller janrında ekranlanşdırılıb.

TREND XƏBƏRLƏR

loading…


379 total views, 1 views today

FİKİR BİLDİR