S.O.S. nədir? necə yaranmışdır

Dostlarınla Paylaş

Çox insanın dənizlər haqqında cəkilən filmlərdə gördüyü S.O.S siqnalı, gündəlik həyatda qarşımıza çıxmasa da bir çox adam tərəfindən bilinməkdədir.

S.O.S. beynəlxalq mors əlifbasında istifadə edilən, təcili vəziyyət siqnalıdır.

Samuel Morse tərəfindən 1835-ci ildə yaradılan mors əlifbası, teleqraf siqnalları ilə xəbərləşmə üçün istifadə edilən bir kod olaraq qısa müddət içərisində bütün dünyada istifadə edilmişdir. Zaman içərisində hər ölkə, mors əlifbası ilə xəbərləşərkən təcili vəziyyətlərdə istifadə edilməsi üçün özünə xas bir təcili vəziyyət kodu inkişaf etdirmişdir.

S.O.S. təcili vəziyyət siqnalının açılışı haqqında bir çox fərqli versiyalar vardır. İngiliscə «Save Our Ship» yəni gəmimizi qurtarın ya da «Save Our Souls» yəni ruhlarımızı qurtarın şəklində bir çox fərqli açılışlar, SOS təcili vəziyyət siqnalı üçün istifadə edilmişdir. Ancaq əslində mors əlifbasında istifadə SOS təcili vəziyyət siqnalının hər hansı bir mənası yoxdur. 1905-ci ildə ilk dəfə Alman hökuməti tərəfindən istifadə edilən SOS kodu, daha əvvəl olan C.Q.D. kodunun bəzi hallarda tam olaraq aydın ola bilməməsi səbəbi ilə inkişaf etdirilmişdir.

S.O.S. kömək siqnalına bu hərflərin istifadə edilməsi isə mors əlifbasında  “… — …”  şəklində çox sadə və qarışdırılması qeyri-mümkün olan bir şəkildə yazılmasıdır. Daha əvvəl istifadə C.Q.D. siqnalının açılımı isə; C.Q. hərflərinin dənizçilikdə  «mesaj gəlir» mənasına gəlməsi və sona əlavə D hərfinin «Danger» yəni təhlükə mənası ilə “təhlükə mesajı gəlir” şəklində istifadə edilirdi.

Ancaq Almanlar xüsusilə kömək siqnalının mənasından çox, mors əlifbasında asan bir şəkildə başa düşülməsinin əhəmiyyətli olduğunu düşünərək; 3 qısa, 3 uzun və təkrar 3 qısa siqnal kimi hər kəs tərəfindən aydın olan SOS hərflərini seçmişdir. Mors əlifbasında bütün rabitələr hər hərfdən sonra gözlənilərkən, yalnız SOS siqnalı aralıqsız tək səfərdə verilməkdədir. Bu vəziyyət S.O.S. kömək siqnalına xüsusi və yalnız bu siqnalda istifadə edilən bir vəziyyətdir.

322 total views, 1 views today

FİKİR BİLDİR