Slender man – gerçək yoxsa mif?!

Dostlarınla Paylaş

Slender man qorxulu bir obraz olaraq ilk dəfə Somthing Awful internet saytında çıxmışdır. Sonradan məşhurlaşaraq adına filmlər, video oyunlar və əfsanələr çıxmışdır. Onun əsas özəllikləri: boyunu və qollarını istədiyi qədər uzada bilir. Üzü yoxdur, komuflyaj bacarır, incədir, elektrik alətləri sıradan çıxara bilir, hər zaman kostyum geyinir. Qurbanlarında paranoya, yuxusuzluq və bir sıra xəstəliklər yarada bilər. Qurbanlarını öldürmək üçün 8 məktub yazır və onları özləri belə bilmədən öldürəcəyi bir meşəyə aparır. Qurbanları çox vaxt uşaqlar olur. Onu çəkmək və səsini yazmaq istəyən maşınları çox vaxt xarab edər.

Tarixdə Slender man

Slender man qədim Alman yazılarında, qədim misirlilərin divar rəsimlərində və bu tərz qədim  abidələrdə balaca uşaqları qaçırdıb öz həyatını uzadan bir varlıqdır. Bu varlığa inanan, inanmayan və qərarsız çox insanlar var. İnansaq da, inanmasaq da keçmişdəki bəzi hadisələr bu varlığın olmasını sübut edir. Medya meydana gəlməmişdən qabaq uşaqların itməsi və kostyumlu şəxsin varlığı barədə xəbərlər qulaqdan-qulağa gəzib dolaşırdı. Valideynlər uşaqları itməmişdən qabaq kostyumlu, keçəl birini gördüklərini deyirdilər. Valideynlər bu varlığa yaxınlaşmamış uşaqları yox olur, nə uşaqlarında nə də bu varlıqdan xəbər almırdılar. Medya yaranmağa başlayandan sonra uşaq oğurluğu barədə polislərə çoxlu şikayətlər gəlməyə başladı. Bu şikayətlər uşaqlarını izləyən kostyumlu bir adam barədəydi. Sonra polislər bu adamı araşdırmağa qərar verdi lakin nə uşaqları izləyən nədə ki kostyumlu keçəl  bir adam vardı. Lakin uşaqlar itməyə davam edirdi. Günlər keçdikcə fotoşəkillərdə qəribəliklər kəşf edildi. Uşaqların oyun oynayıb əyləndiyi adi bir parkın şəklində arxa planda üzü olmayan, kostyumlu bir adam… Bir çox şəkillərdə çətin ayırd edilirdi lakin bir neçə şəkildə aydın görünürdü. Fotoşəkillər köhnə olduğu üçün bunların montaj olma ehtimalı yox idi.

Müasir dövrdə də Slender man haqda çoxlu dedi-qodular dolaşmaqdadır. Hətta buna adi bir neçə sübutlar da vardır. Misal olaraq bir neçə şəxslərin onları uzun boylu, üzü olmayan bir varlığın izləməsi barədə polisə verdiyi səsli ifadələrdi. Bunlardan bir neçəsini aşağıdakı videolarda görə bilərsiniz.

loading…


217 total views, 1 views today

FİKİR BİLDİR
loading...