Sinesteziya nədir ?

Dostlarınla Paylaş

Sinesteziya- bu rənglərin, səsin, formaların, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsidir. İlk dəfə bu hadisəyə yaradıcı şəxsiyyətlər – rəssamlar və yazıçılar diqqət yetirmişdir.
Qöte həndəsi fiqurları müəyyən edilmiş rənglərlə qeyd edirdi (dairə – göy, ücbucaq – sarı).
Artur Rembo yazırdı ki, “A” səsi – qara, “E” – ağ, “İ” – qırmızı, “U” – yaşıl, “O” – mavi rənglərdədir.
İvan Bunin daha dərinə gedərək rus elifbasının bütün hərflərinin rəngötürücüsünü şərh etmişdir.
XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə həmçinin psixoloqlar da öyrənməyə başladı. Onlar sübut etdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o əksər vaxtlar özünü şüursuzluq halında göstərir. Rəngin səs və ya dad duyğusu spontan meydana gəlir. Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə kömek edir, onun mala olan münasibetini müsbət tərəfə yönəldir. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir.
Qırmızı: isti, fəal, xoş, şən. Qida məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, siqaret reklamlarının tərtibatında məsləhət görülür. Şirniyyat məmulatlarının qablaşdırılmasında ehtiyatlı olmağı tələb edir, belə ki, şirniyyatda qırmızı rəng doyma və ya ürək bulanma hissi yarada bilər. Zəif qırmızı dekorativ kosmetika cərgəsi tərtibatında idealdır.
Göy: soyuq, dinc, xoş, sakit. Sevimli rəngler siyahısında sabit ikinci yeri tutur. Qida məhsullarə, mineral sular, məişət texnikaları (əsasən soyuducu ve kondisioner), santexnika avadanlıqlarının reklam tərtibatında məsləhət görülür.
Yaşıl: sabit, soyuq, səssiz, turş. Təbiət anlayışı ilə əlaqələndirilən təbii rəng, müalicə əhəmiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, dərman preparatlarə, müalicevi kosmetika və pivə (turş dadlı) üçün məsləhət görülür.
Sarı: ilıq, ince, yüngül, təlaşlı. Rəng olaraq ziddiyətli olması xarakterikdir.Buna görə də ondan müxtəlif qida reklamı tərtibatında istifadə etmek olar. (uşaq qidalarında, cürbəcür xörək yağlarında, dərman preparatlarə və turistik xidmətlərdə)
Bənövşəyi: çətin, səssiz, özbaşına. Hər hansı gözlənilməz aspekti, mürəkkəbliyi, özünə məxsusluğu ilə seçilən məhsullarla yaxşı uyğunlaşır.
Qəhvəyi: torpaq, təbii, rahat. Təcrübəliliyi və ənənəçiliyi ifadə edir. Ənənəyə sadiq qalan məhsullara uyğun gəlir. Qəhvəyi – zamanla sınanmanı və ağır təbiətliliyi nəzərə çatdırır.
Qara: çətin, səssiz, özünəçəkən. Cüt rənglərlə psixoloji təsiri müəyyənləşdirir. Rəng kimi reklamda təntənəni, məhsulun vacibliyini və ekskluziv məhsulun yüksək qiymətini “özünü doğrultmasını” ifadə edir.
Ağ: yüngül, işıqlı, musiqili, açılan. Qara rəng kimi cütlükdə dəyərli deyil. Soyuq rənglərlə birgə məhsulun “təravətli”, “təmiz”, “steril” olmasını ifadə edir.
Qeyd: Bu və ya digər məqsədlər üçün rənglərin istifadəsinə dair bütün tövsiyyələr yalnız sinesteziya effekti bazasında əsaslaşır. Rənglərin seçimində digər faktları da nəzərə almaq, onların cəmini qiymətləndirmək və prioritetləri seçmək lazımdır. Reklamda rəng əsas amillərdən biridir, onalar sizin şəxsi istəyiniz, seçiminiz və yaxud birmənalı şəkildə ədəbiyyatlarda tövsiyyə olunduğu kimi olmamalıdır.

Sinesteziya haqqında maraqlı fakt

Kaliforniya texnoloji institutunda Amerika alimləri Melisa Saens və Kristof Kox müəyyənləşdiriblər ki, bəzi insanlar hərəkəti eşidirlər. Onlar hərəkətdə olan əşyaları müşahidə edərkən səs eşidirler, hətta bu proses tamamilə səssiz baş versə də. Alimler fikirleşirlər ki, bu qeyri-adi hadisə insan beyninin vizual informasiyaları necə emal etməsini öyrənməyə kömək edəcək. Saens bu effekti təsadüfən aşkara çıxardı. Saens danışır ki, “Mən Kaltexde beyin tomoqrafiyası mərkəzində eksperiment aparırdım. Bu vaxt bura bir qrup tələbə ekskursiyaya gəldi və mən onlara nə ilə məşğul olduğumu izah etməyə başladım. Laboratoriyanın kompyuterlərinin birinin ekranında bir görüntü var idi, orda nöqtələr hərəkət edirdi. Qəflətən bir tələbə soruşdu: “Başqa kimsə bu görüntüyə baxanda səs eşidirmi?” Onunla danışanda mən başa düşdüm ki, onun bu hiss etdikəri sinesteziyanın bütün əlamətlərinə uyğundu” – Saens belə deyir. Bu hiss onda bütün ömrü boyu olub.
Sinestetikler rəqəmlərin və hərflərin iyə və səsə malik olduqlarını, musiqi dinlərkən rəngləri gördüklərini söyləyirlər.
Saens sinesteziya ilə bağlı bütün ədəbiyyatları oxuyub və belə nəticəyə gəlib ki, eşitmə sinesteziyası əvvəllər tədqiq olnmayıb. Saens belə bacarığı olan başqa insanların axtarışına çıxdı ve özü ilə xüsusi olaraq hazırlanmış test mahiyyəti daşıyan videorolik də götürdü. Videorolik sinestetikler üçün yetərincə “səs-küylü” idi. O, tədqiq olunanlardan birinə – “Səs eşidirsənmi?” sualını verəndə çox təəcübləndi. Tədqiq olunan belə cavab verdi: “Başqa cür necə ola bilər ki?”
Eşitmə sinesteziyası olan insanlar hərəktdə olan və ya parıldayan nəyəsə baxanda taqqıltıya və ya vızıltıya oxşar səslər eşitdiklərini söyləyirlər. Saensin tapdığı bu insanlar sağlam idilər və hiss orqanları ilə bağlı heç bir fiziki çatışmazlıqları yox idi. Saens qeyd edir ki, eşitmə sinesteziyası ilə bağlı əvvəllər heç bir məlumatın olmaması onunla bağlıdır ki, əksər vaxtlarda hərəkətdə olan əşyalar səs çıxarırlar. Eşitmə sinesteziyası olan insanlar başqa sinestetiklərdən fərqli olaraq özlərinin bu hissiyatının qeyri-adi olmasını sadəcə dərk etmirlər. Bu insanlarda yəqin ki, “geniş eşitmə yolu” vardır.
Saens və onun kolleqası Kox bir sıra testlər keçirdilər. Bu testlərin nəticələrinə görə eşitmə sinestetikleri görmə vasitesilə ritmləri daha yaxşı qavrayırlar və bu zaman onlara beyinlərindəki səs müşaiyəti kömək edir. Sinestetikler işıq ritmlərinin ardıcıllığını nəinki görürlər həm də eşidirlər: – Saens deyir.
Alimlər güman edirlər ki, eşitmə sinesteziyası vizual proseslərin beyində emalının əks olunmasıdır – gözlərdən alınan sinir impulsları eşitmə qavrayışının sahəsindən keçir və bu, sinestetiklərdə eşitmə duyğusunun yaranmasına səbəb olur.

p020rq6k-thumb-jpg-8bb3ea8a22e8b6c4dce90f05a98e188f

455 total views, 2 views today

FİKİR BİLDİR