Sarışan hallar nevrozu nədir?

Dostlarınla Paylaş

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) — təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort yaradır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvəqqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin «qüsurlu dövranı» yenidən işə düşür.

Belə ki, onunla xəstələnmə riski orta hesabla 2,5%-dir. Bu nevroz intellektual şəxslərdə daha çox rast gəlinir. Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.

Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir.

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.

loading…


478 total views, 1 views today

FİKİR BİLDİR