Sağlamlıq üçün xeyirli 10 qida məhsulu

Dostlarınla Paylaş

Qida yalnız dadlı deyil, həm də faydalı olmalıdır, bunu hərkəs bilir və ona görə də sağlam qida bugün ən aktual mövzülardan biridir. Əlbəttə ki, hər bir ərzaq məhsulu öz faydaları ilə seçilir, lakin bütün qidaların arasından ən xeyirliləri xüsusi vurğulanmalıdır. Bu gün biz onlar haqqında danışacağıq.

1. İspanaq  

Uşağınızın ilk 2 ilində ona ən çox nə faydalı olar deyə soruşsanız, cavabı asandır: Kalsiyum, kalsiyum, kalsiyum! Üstəlik kalsiyum dediyimiz yalnız süddə, qatıqda deyil, bəzi tərəvəzlərdə məsələn ispanaqda var. Körpənizin sümüklərini gücləndirmək üçün ispanaq şahanə bir mənbədir. Yalnız bir stəkan qaynadılmış ispanaqda 42 mq kalsium var. Kalsium çatışmazlığı əlamətlərinə erkən aylardan etibarən diqqət etmək lazımdır. Bununla bitmir, ispanağın təribində A vitamini və selen dı var. Üstəlik ispanaqda digər yaşıl yarpaqlı tərəvəzlərə görə daha çox zülal var. Qısacası Təməl Rəisin qurtarıcısı ispanaq kiçik qurmenizi böyüdüb inkişaf etdirəcək möcüzə qidalardan biridir.

2. Qızıl balıq

 

Bir çox adam çox ləzzətli bir balıq olduğu üçün qızıl balıq istifadə etməkdədir. Lakin çoxu bu balığın səhiyyə faydaları haqqında o qədər də məlumatlı deyil. Somon (qızıl balıq) , yalnız zülal baxımından zəngin bir qaynaq deyil, eyni zamanda omeqa-3 yağ turşuları baxımından da faydalıdır. Vəhşi somon və ferma somonu olmaq üzrə iki növü vardır. İnsanlar bu balığı bişirməyi çox sevir çünki inanılmaz müxtəlif şəkillərdə bişirilə bilər. Qaynatma, buğlama, qızartma, hətta çiy belə istehlak edilə bilər. Omega-3 yağ turşuları, bədənimiz tərəfindən istehsal olunmur bu səbəbdən yediyimiz qidalardan alınması lazımdır. Bu balıq omeqa-3 yağ turşularının ən yaxşı qaynaqlarından biridir.
3. Brokkoli

Təsirli bir xərçəng düşməni olan brokkoli mədə, bağırsaq və yemək borusu xərçəngi riskini böyük ölçüdə azaldır. Ağciyər xərçəngində də təsirli olduğu və qoruyucu xüsusiyyət daşıdığı son illərdə edilən araşdırmalar ilə ortaya çıxarılmışdır. Pəhriz lifləri ehtiva etməsi toxluq hissi verir. Son illərdə mütəxəssislər tərəfindən verilməkdə olan pəhrizlərdə brokkoli böyük pay sahibidir. Alma suyu, kök suyu ilə brokoli suyunun qarışdırılaraq birlikdə istehlak bədənə müqavimət qazandırır, xəstəliklərə qarşı mübarizə etməsini gücləndirməkdədir. Ayrıca bu qarışıqda yüksək miqdarda dəmir olduğundan insanların gündəlik dəmir ehtiyacının böyük hissəsini qarşılamaqdadır. Brokkolinin ürək sağlamlığı üçün təmin etdiyi faydalar da az hesab edilməyəcək qədərdir. Pis xolesterol səviyyəsini tarazlayır. Bunun xaricində damar sağlamlığını qoruyaraq ürəyin sağlam bir şəkildə işləməsinə köməkçi ola bilər.

4. Çuğundur

Qış aylarının ən əhəmiyyətli tərəvəzlərini biri də qırmızı çuğundur. Ana vətəni Aralıq dənizi olan qırmızı çuğundur, tərkibində olan vitamin və minerallar baxımından sanki bir enerji anbarıdır. Fosfor, dəmir, maqnezium, kalium, sink və kalsium deposudur. Çuğundurun yarpaqları da eyni şəkildə vitamin və mineral baxımından zəngindir. Qırmızı rəngdə olan bütün meyvə və tərəvəzlərin antioksidant xüsusiyyəti daşıdığı artıq hər kəs tərəfindən bilinməkdədir. Qırmızı çuğundur yüksək antioksidant təsiriylə başda xərçəng olmaq üzrə min bir dərdə dəvadır. Ehtiva etdiyi bu vitamin və minerallar sağlamlığınızın çox əhəmiyyətli qoruyucularındandır. Məsələn, saç tökülmələri, sədəf xəstəliyi, ekzema xəstəliyi, bədən qaşıntılar və qaraciyər xəstəliklərinə çox faydalıdır. Dərini gözəlləşdirir. Qırmızı çuğundur sizi ürək xəstəliklərindən də qoruyur. Bütün həzm sisteminiz baxımından da çox əhəmiyyətli faydaları vardır. Mədə və bağırsaqlarınızı gücləndirir. Həzmi asanlaşdırır, qəbzliyi yox edir və mədə ağrısı, turşuma problemlərini anında aradan qaldırar.

5. Kələm

 

Təbiətin bizlərə təqdim etdiyi möhtəşəm nemətlərin faydaları saymaq ilə bitmir. Bunlardan bir dənəsi də ağ kələmdir. Həm gözəllik, həm də sağlam bir bədənə sahib olmaq üçün faydalı olan bu tərəvəz, zülal və vitamin mənbəyidir. B, C, E vitaminləri tərkibində cəmləşdirən və bir çox xəstəliyə şəfa olan kələm, orqanik turşular ilə zəngindir. Xüsusilə kolon, sinə xərçənginə və infarkta mane olur və irəliləməsini dayandırır. Təbii sidik qovucu dərmandır. Gündəlik həyatda daha gümrah və enerji dolu olmanızı təmin edir. Dərini gözəlləşdirir və bədəndə olan artıq suyu, zəhərli toksinləri atmağı asanlaşdırır. Qan azlığını aradan qaldırır və qan şəkəri dəyərini tənzimləyir. Dəri qırışıqlarının düzəlməsinə yardım edir və yaşlanmağı önləyir. İmmun sistemini gücləndirmə xüsusiyyətilə yanaşı, qadınların qorxulu yuxusu olan selülitin müalicəsində mühüm rol oynayır. Qulaq cingildəməsini aradan qaldıran kələm, hormonları da nizama salır.

6. Yerkökü

 

Kök, möhtəşəm bir A vitamini qaynağıdır. Kökü, nizamlı olaraq istehlak etsəniz A vitamini problemi yaşayacağınız demək olar ki mümkünsüzdür. Bir boşqab doğranmış kökdə ortalama 10% K vitamini, 6% C vitamini və 2% kalsium, yüksək miqdarda A vitamini var. Zəngin mineral və qida qaynaqlarından həddindən artıq şəkildə istehlak edilməməsi lazımdır. Kök, A vitamini və beta karotin baxımından çox zəngin olduğu üçün başda xərçəng olmaq üzrə, şiş və bir çox xəstəlik üçün şəfa mənbəyidir. Bununla yanaşı dəri və göz sağlamlığı üçün çox əhəmiyyətli bir qidadır. Damarlarda tıxanmaya imkan vermədiyi üçün ürək sağlamlığını qoruyur, tıxanma səbəbindən qaynaqlanan həddindən artıq yorğunluğun qarşısını alır. Ayrıca damarların tıxanması daxil bir çox xəstəliyin əsas səbəbi olan sərbəst radikalların bədəndən atılmasını təmin edərək ümumi mənada sağlamlığı qoruyar.

7. Badam

 

Bu ərzaq məhsulu daha çox Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Livan, Suriya, İordaniya və İsrail kimi mülayim iqlimlərin olduğu ölkələrdə yetişir. Şirin və acı badam olaraq ikiyə ayrılır. Acı badam badam yağı, yeməklərə ləzzət qatmaq üçün istifadə edilməkdədir. Şirin badam isə ümumiyyətlə çiy olaraq yeyilir. Badamın bir yan məhsulu olan badam südü eyni zamanda ləzzətli bir içki və inək südünə alternativ qidadır. E vitamini, kalsium, fosfor, dəmir və maqnezium baxımından zəngin bir qaynaqdır. Ayrıca, tərkibinə sink, selen, mis və niasin daxildir. Badamın sağlamlıq baxımından bir çox faydası vardır. Çağımızın əhəmiyyətli xəstəliklərinin başında olan stress və xərçəng növlərinə qarşı qoruyucu xüsusiyyəti vardır. Bunun yanında qəbizlik, xolesterol, sümük sağlamlığı kimi bir çox mövzuda və çox geniş çeşiddə insan sağlamlığına xidmət edir. Qidaların həzmini sürətləndirmək üçün ac qarınına, birbaşa badam yeyə bilərsiniz. Badam ayrıca tənəffüs pozuqluqları, öskürək, ürək pozuqluqları, anemiya, və diabet problemlərinin həlli üçün seçim ola bilər

8. Avokado

Avokado qabığı yaşıl, yeyilən qisimləri ağ, iri nüvəli bir meyvədir. Avokado tam yetkinliyə toplandıqdan sonra çatır. Ləzzətini anlamaq üçün yetişməsini gözləmək lazımdır. Bunun üçün dərhal istehlak üzrə satın alırsınızsa, yumşaq olanı seçməlisiniz. Seçərkən eyni zamanda dərisinin parlaq və sürüşkən olmasına, silkələdikdə nüvənin səsinin gəlməsinə diqqət edin. İmmun sistemini gücləndirici xüsusiyyətləri var. Tərkibində olan doymamış yağ turşuları qanda xolesterolun yüksəlməsini önləməsi səbəbindən ürək və damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır. Avokado, bədəndə toksik maddələri təsirsiz hala gətirərək, yaşlılığa yol açan zərərli maddələri yox edər. Bu səbəbdən yaşlanma müddətini yavaşladaraq xəstəlikləri qarşısını almaqda əhəmiyyətli rol oynayar. Tərkibində olan zülal, mineral və vitaminlər kiçik uşaqların və hamilə qadınların balanslı və sağlam bəslənmələrində çox lazımlı olan maddələrdir. Avokado, bədənin karbohidrat, zülal və yağ mübadiləsində tənzimləyici olaraq vəzifə yerinə yetirər.

9.  Yemiş

Yemiş ümumiyyətlə yaz aylarında yetişir. Yemişin tamamilə yetişməsini şirin iyindən və kanarlarındaki yumşaqlığından anlamaq olar. Yemişin çox xoş bir qoxusu vardır. Tərkibindəki yüksək dərəcədə vitamin və qidaların köməyilə sağlam bir həyat üçün tövhə verir.. Yemiş A, B və C vitaminləri baxımından çox zəngindir. Bunun xaricində bol miqdarda B vitamini kompleksi daxildir B1 (tiamin), B3 (niasin) B5 (pantetokin turşu) və B6 (pridoksin) daxildir. Bunlara əlavə olaraq E və K vitaminləri də elemtlərindəndir. Kalium baxımından olduqca zəngin olan Yemiş, bu xüsusiyyəti sayəsində ürək və damar sağlamlığı üçün çox əhəmiyyətli olan ürək və damar sağlamlığını qoruyur. Bunun yanında bədənə zərər verən hipertoniyanın (yüksək təzyiq) qarşısını alan natrium da onun tərkib hissələrindəndir.

10. Zeytun

Zeytunkimilər fəsiləsindəndir. Aralıq dənizi iqliminə xas hər mövsüm yaşıl qalan bir ağac növüdür. 10 metr uzunluğa qədər çata bilən Zeytun ağacı 2000 il qədər yaşaya bilməkdədir. Marmara, Egey və Aralıq dənizi bölgələrində məhsuldarlığı ilə seçilir. Zeytun Ağacının həm yarpaqlarından həm də meyvəsi olan zeytundan istifadə edilməlidir. Zeytun ağacı yaxşı baxıldığında 5 ilə 6 il içərisində meyvələrini verir. Ancaq bir zeytun ağacının ən məhsuldar dövrü 35, 150 yaşlarının arasıdır. Əvvəllər yaşıl daha da yetişdikdə qara rəngdə olan zeytunu A, C, E vitaminləri, zülal, kalsium, xlor, kükürd və s. qiymətli minerallar var. Zeytun ağacının yarpağı çox qədimdən bəri müalicələrdə istifadə edilməkdədir. Xüsusilə qızdırmanın müalicə edilməsində təsirli rol daşımaqdadır. Zeytun yarpağı çay olaraq istehlak edilir. Yüksək təzyiqin salınmasına kömək edir Antioksidan xüsusiyyəti sayəsində də zeytun yarpağı yaşlanmanın təsirlərini gecikdirir və bədəndə olan zərərli maddələrin atılmasını təmin edərək bədənə qüvvət verir.

TREND XƏBƏRLƏR

loading…


920 total views, 4 views today

FİKİR BİLDİR