Səyahət etməyi sevməyimizə 24 səbəb

Dostlarınla Paylaş

Səyahət etməyi niyə sevirik? Bu zaman nə hiss edirik? Həyatımızın hər gününü səyahətdə kimi keçirmək mümkündürmü?

  1. Səyahət yeni bir dünyaya gözlərimizi və zehnimizi açır.
  2. Digər insanların gözlərindən və baxış bucaqlarından dünyanı görməyimizə kömək edir.
  3. Digər mədəniyyətləri və fərqli insanları görməyimizə imkan yaradır.
  4. Səyahət etmək insanı daha ağıllı edir.
  5. Həmişə kitablarda və televizorda gördüyümüz şeyləri gerçəyə çevirir.
  6. Səyahət ala biləcəyimiz ən yaxşı dərsdir.
  7. Müxtəlif dünyəvi mövzular barəsində fikir sahibi olmağımıza kömək edir.
  8. İndiyədək təkcə xəyalını qurduğumuz yerləri görməyimizə səbəb olur.
  9. Mümkün olmayacağını düşünəcəyimiz gözəllikdə mənzərələr görməyimizə imkan verir.
  10. Həqiqi gözəlliyin nə olduğunu göstərir.
  11. Hər şeyin olduğu kimi gözəl olduğunu öyrədir.
  12. Hər gün yeni macəralar yaşamağımıza şərait yaradır.
  13. Xəyalları gerçək edir.
  14. Dünyəvi siyasətin ölkələrə və bir-birindən fərqli insanlara necə təsir etdiyini göstərir.
  15. İnsana uğur və özünə inam hissləri verir.
  16. Dünyanın nə qədər kiçik olduğunu göstərir.
  17. Dünyada nə qədər ədalətsiz həyatlar olduğunu görməyinizə kömək edir.
  18. Səyahət edərək insanların dünyada və təbiətdə nələri bacardığına şahid oluruq.
  19. İnsana onlarla fərqli dildə “Salam” deməyi öyrədir.
  20. Sizə yeni şeylər sınamağı öyrədir.
  21. Öz ölkənizdə etmədiyiniz yeni şeylər etdirir.
  22. Səyahət etmək vərdişləri və rahatlıq sərhəddinizi dəyişdirir.
  23. Bizə bolluca gülümsəmə və həyəcan bəxş edir.
  24. Səyyahla turist arasındakı fərqi və kəşf etməyi öyrədir.

Məhz bunlara görə səyahəti hamımız sevirik. Sizin də fərqli səbəbləriniz varsa, öz səbəblərinizi bizimlə bölüşün.

loading…


816 total views, 3 views today

FİKİR BİLDİR