Rusiyaya məxsus 20 ada yoxa çıxdı – ŞOK FAKTLAR

Dostlarınla Paylaş

Şimal Buzlu okeanda Rusiyaya məxsus bir neçə ada, o cümlədən Semyonovskiy və Vasilevskiy adaları yoxa çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sözügedən adaların su altında qalmasıdır.

Rusiyanın Tomsk Politexnik Universitetinin Arktik Karbon Araşdırmaları Beynəlxalq Laboratoriyasının rəhbəri İqor Semitov bildirib ki, sözügedən adaların yoxa çıxması qlobal iqlim dəyişikliyi və istiləşmə ilə əlaqədardır:

“İqlim dəyişikliyi qlobal istiliyin artmasına səbəb olur. Hazırda dünyada soyuqlaşma dövrünün baş verməsi gözlənilirdi. Ancaq gözlədiyimiz baş vermədi. Əksinə, qlobal istiləşmə müşahidə olunur. Bunun nəticəsində də Şimal Buzlu okeanında mövcud olan bir çox adalar əriyən buzlaq sularının altında qalır. Bu proses Şimal ölkələri, o cümlədən Rusiya üçün təhlükəlidir”.

İqor Semitov qeyd edib ki, son dövrdə qlobal istiləşmə nəticəsində Rusiyaya məxsus 20 ada su altında qalıb.

Vasif Həsənli

loading…


 

 

TREND XƏBƏRLƏR

loading…


197 total views, 1 views today

FİKİR BİLDİR
loading...