Rusiyanın ən məşhur bankir qadını – Elvira Nabiullina

Dostlarınla Paylaş

Elvira Nabiullina – Rusiya Mərkəzi bankının sədri olmaqla Rusiyanın ən uğurlu və nüfuzlu qadınlarından biridir. O öz professionallığı və strateji düşüncə tərzi sayəsində Rusiya iqtisadiyyatı tarixində əsas qadın bankir adını almışdır və Rusiyanın biznes mühitini yaxşıya doğru dəyişməyə qadir olmuşdur. Mərkəzi bankın sədri ölkə iqtisadiyyatı üçün özünün qeyri-standart qərarları və sərt xarici görünüşü ilə Rusiya hakimiyyətində ən paradoksal şəxsiyyət hesab olunur.

Bioqrafiyası
Elvira Nabiullina 29 oktyabr 1963-cü il tarixində Başqırdıstanın paytaxtı Ufa şəhərində adi tatar ailəsində dünyay gəlib. Atası Sahibzadə Saitzadaeviç sadə sürücü, anası Züleyxa Hamatnurovna isə cihazqayırma zavodunda aparat işçisi idi. Valideynləri daim məşğul olduğundan gələcək bankiri təhsilli qadın olan nənəsi böyüdürdü və məhz onun sayəsində Elvira və qardaşı İrek məktəbdə əlaçı dərəcəsinə sahib idilər və müəllimləri ilə yanaşı, valideynlərinə də əlavə qayğı yaratmırdılar.

Elvira məktəbi yüksək qiymətlərlə bitirir və bu ona Lomonosov adına Moskva dövlət universitetinin iqtisadiyyat fakultəsinə asanlıqla daxil olmasına şərait yaradır. Elcira 1986-cı ildə həmin universiteti də yüksək qiymətlərlə başa vurur. İqtisadiyyat üzrə diplom əldə edən gənc və ambisiyalı qız təhsilini davam etdirmək qərarına gəlir və aspiranturaya daxil olur ki, bu da onun üçün dövlət iqtisadiyyatına doğru gedən qapıların açılması idi.

Karyerası
Nabiullinanın karyerası 1991-ci ildə SSRİ-nin iqtisadi islahatlarla bağlı məsələlər üzrə elmi-sənaye komitəsində başlayır. Bu zaman o buraya baş mütəxəssis olaraq cəlb olunmuşdu. Tam olaraq bir ildən sonra gələcəyin Mərkəzi bank rəhbərinin vəzifəsi artırılır və Rusiya sahibkarlar və sənayeçilər ittiifaqının rəhbərliyinə məsləhətçi olaraq köçürülür. Buradan isə o Rusiya Federasiyasının İqtisadiyyat Nazirliyinə cəlb olunur. O nazirlikdə ilk olaraq dövlət iqtisadiyyatının tənzimlənməsinin idarə olunması rəhbəri təyin olunur. O bura çalışdığı müddətdə yüksək fəallıq nümayiş etdirir və 1997-ci ildə İqtisadiyyat naziri Yevgeniy Yasinin müavini vəzifəsinə təyin edilir.

1998-ci ildə Rusiya hakimiyyətinə Yevgeniy Primakov rəhbərlik edirdi. Nabiullina iqtisadiyyat nazirliyini tərk edir və fərdi bizneslə məşğul olur. Lakin 1 ildən sonra professional iqtisadçı o zaman Strateji araşdırmalar mərkəzinin rəhbəri olan German Qref-in köməkliyi ilə yenidən ölkənin bürokratiyasına qayıdır. Qref o dövrdə RF-nın dövlət əmlakının nazir müavini və Vladimir Putinin seçki qabağı qərargahının üzvü idi. Putinin hakimiyyətə gəlməsi ilə Elvira Nabiullina Qref-in müavini vəzifəsinə keçir və gələcəkdə “Qref strategiyası” adlanan iqtisadi prezident proqramını yaradır.

Nabiullina 2003-cü ildə yenidən sahib olduğu yüksək vəzifəni tərk etməli və Strateji inkişaf mərkəzinə rəhbər olaraq getməli olur. O bu zamana qədər artıq makroiqtisadiyyat üzrə baş mütəxəssis nüfuzu qazanmışdı və bu ona 2005-ci ildə Rusiya prezidenti yanında prioritetli milli layihələrin və demoqrafik siyasətin reallaşdırılması üzrə şuraya rəhbərlik etməsinə imkan yaradır.

2007-ci ildə Nabiullina RF-nın Ticarət və iqtisadi inkişaf naziri təyin edilir və bu vəzifədə German Qrefi əvəz edir. Bu hadisədən təqribən 1 il sonra isə RF-nın İqtisadiyyat naziri təyin edilir.

Onun tutduğu bu vəzifədə əsas nailiyyətləri “Rostexnologiya” dövlət şirkətinin yaradılması prosesində fəal iştirakı, həmçinin 2009-cu ildə o zaman baş nazir olan Vladimir Putin tərəfindən imzalanan antiböhran planının yaradılması olur.

Elvira Nabiullina Rusiya Mərkəzi bankının rəhbəri kimi
2012-ci ildə Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra Elvira Nabiullina Rusiya prezidentinin iqtisadi suallar üzrə köməkçisi təyin edilir. Bununla yanaşı, 2013-cü ildə Milli Maliyyə şurasının sədr müavini olaraq vəzifəyə cəlb edilir. Elə həmin ilin mart ayında isə artıq Rusiya Mərkəzi bankının sədri təyin edilir.

Ekspertlər və siyasətçilər Nabiullina-nı Rusiya iqtsadiyyatında ən nüfuzlu şəxs hesab edirlər. Belə ki, o lider qismində ölkəni çətin böhran mərhələsindən çıxarmağa kömək edir.

Təbii ki, Nabiullina-nın Rusiya Mərkəzi bankına rəhbər təyin edilməsi dünya ictimaiyyətində sensasiya kimi qarşılanır. Belə ki, qadınlara nadir hallarda bu dərəcədə məsuliyyətli vəzifə həvalə və etibar edilir. Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra məhz bu bankir qadının ölkənin əsas bankına lider təyin edilməsi həm mətbuatda, həm də dövlət dairələrində intriqa və uzun-uzadı müzakirələr ilə müşayiət olunur. Lakin Rusiya prezidenti ölkənin Mərkəzi bankıı təcrübəli iqtisadçıya deyil, makroiqtisadiyyatdan sözün əsl mənasında “baş çıxaran”, müasir və real biznesin məhz nəyə ehtiyac duyduğundan xəbərdar olan bir qadına etibar etməyə üstünlük verdi.

Şəxsi həyatı
Elvira Nabiullina-nın şəxsi həyatı Rusiyanın digər nüfuzlu şəxslərində olduğu kimi gizlidir. Mərkəzi bank rəhbəri öz şəxsi həyatı ilə bağlı məlumatlar verməyi sevmir və ümumiyyətlə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə mümkün qədər az ünsiyyətdə olmağa çalışır. Məlumdur ki, Nabiullina hələ tələbəlik illərində, daha doğrusu aspirantura təhsili alarkən ailə həyatı qurub. Onun həyat yoldaşı Yaroslav Kuzminov İqtisadiyyat ali məktəbinin rektoru və RF İctimai palatasının üzvüdür. Onlar tanış olduğu zaman o İqtisadiyyat və kənd təsərrüfatı tarixi kafedrasında müəllim idi. Evli idi. İlk nikahından 2 övladı var.

Nabiullina ilə Yaroslav Kuzminovun isə Vasiliy adlı oğlu 1988-ci ildə dünyaya gəlib. O İqtisadiyyat ali məktəbinin sosiologiya fakultəsini bitirib və hazırda sözügedən təhsil müəssisəsində elmi əməkdaş olaraq fəaliyyət göstərir.

206 total views, 1 views today

FİKİR BİLDİR