Ruhların zorladığı qadın

Dostlarınla Paylaş

Ətrafında danışacağımız hadisə paranormal faktlar siyahısında ön sıralarda gəlir. Bu sahədə çalışan mütəxəssislər təxminən 40 ildir bu ilginc hadisə ətrafında baş sındırır. Bu barədə çoxsaylı tədqiqatlar aparılıb. Ortaya çıxan faktlar ruhlar dünyasının və ya hər hansı formada paralel dünyanın mövcudluğunu təsdiqləyən ən parlaq faktlardan biridir. MMSD olaraq, bu real hadisənin və bu tarixi fotonun qısa tarixçəsini təqdim edir:
Kaliforniya Universitetinin Parapsixologiya Laboratoriyasının əməkdaşı, professor Berri Taff 1974-cü ilin yayında bir kitab mağazasında iş yoldaşı ilə ruhlar və polterqeyst fəallığı barədə danışarkən bir qadın onların söhbətini eşidir və onlara yaxınlaşıb deyir ki, onun evində ruhlar var. Bu azmış kimi, qadın iddia edir ki, ruhlar hər gecə onu zorlayırlar. Berri Taff bu iddiaları əvvəlcə ciddi qəbul etmir və xanıma məsləhət görür ki, həkimə müraciət etsin. Amma qadın baş verənlər barədə danışdıqca professor baş verənlərin polterqeyst fəallığına bənzədiyini düşünür.
Sonradan B.Taff laboratoriyanın bir neçə əməkdaşı ilə birlikdə Doris Biter adlı qadının evinə gedir. Orada izləmə qurğuları quraşdırılır. Uzun müddət ərzində izləmə qurğuları heç nə qeydə almır. Doris isə iddia edir ki, izləmə qurğularından kənara çıxan kimi zorlama hadisəsi yenə də baş verir. Qadının təsvirinə görə, ruhlar Asiya mənşəli kişilərdir. Onlardan ikisi balacadır – zorlama zamanı balacalar onun ayaqlarından tutub saxlayırlar, nisbətən ucaboy və cüssəli olan o biri asiyalı ruh isə onu zorlayır. Bədənindəki xəsarət izləri də məhz zorlama hadisəsinə uyğun gəlir…
Professorun tədqiqatçı qrupunun üzvləri uzun müddət ərzində ruhları yaxalaya bilməsələr də, evdə paranormal fəallığın olduğunu hiss edirlər və bir neçə ay ərzində izləməni davam etdirirlər. Nəhayət, günlərin birində evdə paranormal fəallığın artması anlarında Doris əsəbi halda ruhları təhqir etməyə başlayır və onları qorxaq adlandırır. Qadın gözəgörünməz qonaqlarına xitabən onları evdəki adamlardan qorxub gizlənməkdə ittiham edir və həmin anlarda bu tarixi foto yaranır. Heç bir elektrik enerjisi mənbəyi olmadan Dorisin başı üzərində işıq haləsi yaranır və professor Taffın komandası bu anı fotolentə həkk edir. Sonradan dəfələrlə ekspertizadan keçən fotoşəkildə hər hansı montaj elementi aşkarlanmayıb. Həmçinin halənin hər hansı süni elektrik şəbəkəsindən qidalanmadığı da təsdiqini tapıb.
İddiaları inandırıcı hala gətirən bir sıra faktorlar var. Məsələ burasındadır ki, Doris Biter heç vaxt bu iddialardan pul qazanmağa cəhd etməyib. O həmişə onu bu ruhların əlindən almaq üçün alimlərə yalvarıb. Qadının bədənində çoxlu sayda zədələr yaranıb, onun bildirdiyinə görə, ruhlar ona qarşı çox kobud davranırmışlar. Digər tərəfdən Dorisin böyük oğlu da zorlama hadisəsinin şahidi olub və heç vaxt bu iddialardan hər hansı formada gəlir götürməyib. Bir dəfə ruhlar onun anasını zorlayarkən mane olmaq istəyib, amma görünməyən qüvvə onu bir zərbə ilə otağın uzaq küncünə atıb və bu zaman onun qolu sınıb. Həmçinin o bildirib ki, zorlama zamanı anasının döş vəziləri sıxılıb açılırmış, barmaq yerləri aydın şəkildə batıb qalxsa da, fiziki olaraq əl görünmürmüş. Dorisin hər üç oğlu hadisənin şahidi olub və onların təsvirləri arasında hər hansı ziddiyyət aşkarlanmayıb. Bütün ailənin təsdiqlədiyinə görə, Dorisin otağında işıq topaları hərəkət edirmiş, zaman-zaman bu işıq topaları dumanlı insan sifətini xatırladan hala gəlirmiş. Məhz bu anlarda Doris onların asiyalı olduqları qənaətinə gəlib.
Alimlərdən yardım ala bilməyən Doris Biter sonradan həmin evi tərk edib. Doris evi tərk edəndən bu yana orada hər hansı paranormal aktivlik müşahidə olunmayıb. Hadisədən bir neçə il sonra Doris Biter yerli qəzetlərdən birinə bildirib ki, hələ də ruhlar onu zorlamağa davam edirlər, amma əvvəlki kimi hər gün yox, ayda bir-iki dəfə. Doris Biterin nə vaxt, harada və hansı şəraitdə öldüyü barədə dəqiq məlumat yoxdur.
Bu hadisələr əsasında 1982-ci ildə Hollivudda “The Entity” (“Varlıq”) filmi çəkilib. Doris Biterin adı dəyişdirilərək Karla Moran kimi verilib. Bu rolu Barbara Herşi ifa edib.

425 total views, 2 views today

FİKİR BİLDİR
loading...