Reinkarnasiya – Pollok bacıları

Dostlarınla Paylaş

Pollok bacılarının hekayəsi reinkarnasiyaya inanmayan insanları belə bir qədər düşünməyə məcbur edəcək. Hadisə 11 yaşlı Coanna və onun 6 yaşlı bacısı Jaklinlə əlaqədardır.Bizim Yol.Biz Rusiya KİV-lərinə istinadən bu maraqlı hadisəni təqdim edir.

Hər iki qız 1957-ci il mayın 5-də avtomobil qəzası nəticəsində həlak olublar. Faciəvi hadisədən bir il sonra qızların anası Florens Pollok yenidən hamilə qaldı. Anadan olan əkiz qızların bədənində ölən qızların bədənində olan doğum ləkəsi var idi. Körpələr 3 aylıq olanda ailə başqa bir evə köçür.2 yaşları olanda əkizlər həlak olmuş bacılarının oyuncaqlarını istəməyə başlayırlar. Deyəcəksiniz burda nə var? Lakin qızlar heç vaxt görmədikləri və mərhum bacılarına məxsus oyuncaqları tələb edirdilər. Qızlar köhnə oyuncaqları əllərinə alan kimi onlara ölən qızların verdikləri adları verdilər. Ana bu hadisə qarşısında məyus və mat qalmışdı.Əsl  şok isə ailə yenidən köhnə evə qayıtdıqdan sonra baş verdi. Əkizlər heç bir vaxt görmədikləri köhnə evi tanıyırmış kimi davanır, əvvəllər yatdıqları yeri analarına göstərirdilər. Onlar hətta yol gələrkən analarına oxuduqları məktəbi də göstərdilər.Qızlar heç bir səbəb olmadan avtomobildən qorxurdular.”Maşın bizi tutmaq istəyir” deyib səbəbsiz həyəcan keçiridilər.Uşaqlar barəsində gəzən söz – söhbətlər Yan Stivenson adlı kanadalı psixiatrın qulağına çatır. Həkim bu barədə eşidtikdən sonra reankarnasiya barəsində kitab yazmağa başlayır. Pollok bacılarının adı  bu kitabda haqqında bəhs edilən 14  insanın sırasına axil edildi. Doktor yan 40 illik  tədiqatlarının nəticələrini bu kitaba daxil etdi.Eyni hadisə 2 yaşlı Ceyms Leyninqerlə də baş vermişdi. Belə erkən yaşda balaca oğlan hər gecə dəhşətli yuxular görürdü. Yuxular əsasən təyyarə qəzası ilə əlaqədar olurdu. O ikinci dünya müharibəsi zamanı qəzaya uğramış bir pilotun başına  gələn qəribə hadisələr barəsində danışırdı. Ən qəribəsi də bu idi ki, 2 yaşlı uşaq həmin təyyarə barəsində texniki məlumatlar verirdi.Doktor Stivensonun fikirnə görə, ölümdən sonra insanın şəxsiyyəti başqasının bədənində yenidən canlana bilər.

488 total views, 1 views today

FİKİR BİLDİR