Qış depressiyası nədir?

Dostlarınla Paylaş

Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür. Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir.

Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir. Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər. İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur. Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər.

Qış depressiyasının əlamətləri:
• Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s.
• Yuxu pozğunluğu, yuxusuzluq
• Yaddaşın azalması, intellektual səviyyənin enməsi
• İş qabiliyyətinin aşağı düşməsi
• İştahanın azalması
• Həzm pozğunluqları
• İmmun sistemin zəifləməsi
• Özünəqapanma
• Sosial problemlərin yaranması və s.

Müalicəsi
Əslində hər bir kəs özünün psixoloqu olaraq özünü bu haldan çıxara bilər. Qış depressiyalarının ən effektiv müalicələrindən biri işıq terapiyasıdır. Bundan əlavə idman, rəqs, musiqi dinləmə, uzun müddət açıq, təmiz havada gəzintilərin təşkili də dəyərli metodlardan sayılır. Eyni zamanda qida rasionuna bu qidalar da daxil edilsə yaxşı olar: ət, yumurta, süd, balıq, pendir, meyvə və tərəvəzlər. Ətirli bitki dəmləmələri – məkkəgülü, jasmin, mixək, darçın, ətirli yağlarla masaj – lavanda, limon, portağal və s., efir yağları ilə aromaterapiya müsbət təsir edən üsullardandır. Və ən nəhayət, çalışın ki, hər kəsə gülümsəyəsiniz ki, depressiyadan uzaq olasınız.

266 total views, 4 views today

FİKİR BİLDİR
loading...