Qeyri-adi seksual fantaziyalar

Dostlarınla Paylaş

Bir çoxumuz televiziya verilişlərində, qəzetlərdə və ya saytlarda qəribə seksual xarakterli kadrların, seksual motivli cinayət hadisələrinin şahidi oluruq. Bu kadrlar bəzən o qədər qəribə olur ki, qeyri-ixtiyari olaraq “yəqin bu, manyakdır”, – deyə düşünürük.

O zaman gəlin birlikdə baxaq. Doğrudanmı avtobusda sıxlıqdan istifadə edib “sürtünənlər”, qadın paltarlarından “zövq alanlar”, kimlərisə paltarlarını dəyişdikdə güdmək “manyaklıkdır”? Bəlkə xəstəlikdir?

loading…


Bu suallara cavab tapmaq üçün cinsi parafliyaların nə olduğunu bilmək lazımdır. Ehtiraslanmaq, orqazm olmaq üçün qeyri-adi əşya və obyektlərə qarşı mütəmadi olaraq təkrarlanan fantaziya və davranışların olması parafiliya adlanır. Əksər hallarda 18 yaşından əvvəl başlayan və demək olar ki, bir çox hallarda kişilərdə rast gəlinən parafiliyaya qadınlarda rast gəlmək faktları məlumdur. Bir çox insanlarda olmasına baxmayaraq, ciddi problem kimi qəbul edilmədiyinə görə, həkimə və ya psixoloqlara müraciət halları da demək olar ki yoxdur. Bu səbəbdən də statistikası, yayılması ilə bağlı dünyanın heç bir yerində dəqiq məlumatlar yoxdur. Hər hansı bir cinsi fantaziyanın parafiliya adlandırılaması üçün seksual fantaziyaların ən az 6 ay davam etməsi, əşya və qeyri-insani obyektə yönəlməsi, şəxsin özünün və ya partnyorunun zərər görməsi və ya təhqir olunması, bu davranışların təkrarlanan olması və fantaziya nəticəsində şəxsin orqazm olmağı hədəfləməsi vacib diaqnostik kriteriyadır.

Bir çox növlərinin olmasına baxmayaraq, tez-tez rast gəlinən cinsi parafiliyalar aşağıdakılardır:

1. Fetişizm – şəxsin cansız əşyalara (qadın alt paltarları, ayaqqabılar, corab və s) qarşı duyduğu seksual həzdir.

2. Eksibiogenizm – öz cinsi orqanlarını ehtiraslanmaq məqsədilə anidən göstərmək.

3. Frottorizm – insanların sıx olduğu yerlərdə (avtobusda, metroda, növbə gözlədikdə) əks cinsə toxunaraq, sürtünərək cinsi fantaziyalarını reallaşdırmaq.

4. Vuayerizm – soyunub-geyinən, cinsi əlaqədə olan, öpüşən insanları gizli seyr etməkdən, güdməkdən həzz almaq.

5.Transvestik fetişizm – yalnız cinsi ehtiraslanma zamanı qadın paltarları geyinməkdən zövq alan hetereseksual kişilərdə olur. Orqazm olduqdan sonra yenidən əvvəlki həyat tərzinə qayıdır.

6. Sadizm – cinsi əlaqə zamanı partnyoruna həm fiziki, həm psixoloji mənada (vurmaq, dişləmək, söyüş söymək, təhqir etmək) əzab verməkdən zövq almaq.

7. Mazoxizm – cinsi əlaqə zamanı partnyorunun ona həm fiziki, həm psixoloji mənada (vurmaq, dişləmək, söyüş söymək, təhqir etmək) əzab verməsindən zövq almaq.

Bütün bunlardan başqa zoofiliya – heyvanlara qarşı cinsi meyl, pedofiliya – uşaqlara qarşı cinsi meyl, herentofiliya – qocalara qarşı cinsi meyil, nekrofil – meyitlərə qarşı cinsi meyl kimi parafiliya növləri də vardır.

Əgər hər hansı bir fantaziya cinayət xarakterli deyilsə, şəxsin özünün və partnyorunun etirazına səbəb olmursa və cinsi həyatı fərqli yaşamaq istəyindən doğursa, bunu parafiliya olaraq qiymətləndirmək lazım deyildir.

TREND XƏBƏRLƏR

loading…


410 total views, 1 views today

FİKİR BİLDİR
loading...