Qəribə yeni il adətləri

Dostlarınla Paylaş

Dünyanın 100-dən çox ölkəsində möhtəşəm şəkildə yeni arzu, ümidlərlə qeyd edilən yeni il gecəsi elə qəribə adətləri ilə yadda qalır. Müxtəlif xalqlar həmin günü müxtəlif adətlər icra edir, bir növ ayin kimi icra edib inanan xalqlar da var. Gəlin bu qəribə adətlərlə yaxından tanış olaq.

Məsələn yaponlar həmin gecə “Oshogatsu” festivalı keçirirlər. Dekabrın 31-i gecəsi öz diləklərini taxta lövhəyə yazaraq həyətə ipdən asırlar.Eləcə də həmin gün evlər təmizlənir, evdə müqəddəs əşyalar vasitəsilə ruhlar qovulur. İnsanların inamların bir növə ayınə çevrilir.

Yeni il Almaniyada maraqlı şəkildə qeyd edilir. Saatlar 12-ni vuran kimi müxtəlif yaş təbəqəli insanlar stul, kreslo, divan və digər hündürlüyə qalxaraq son saat zəngi çalınanda dərhal birgə yeni ilə, yenı günə atlanırlar. Bir maraqlı faktı da qeyd edək ki, hündürlükdə olan zaman əllərində bir ovuclarında metal pul sıxırlar, bu onun göstəricisidir ki, həmin ili ruzili- bərəkətli olacaq.Çox qəribə həm də maraqlı adət olduğunu demək olar. Qədim alman inam sistemində pul bərəkət rəmzidir.

Braziliyalılar düşünür ki, həmin gecə son saat zəngi çalınanda ən yaxın insanları, doğmalarını öpməyə imkan yaranarasa, il xoşbəxtlik içində keçər.

Çinlilər yeni il gecəsini səs-küylə qeyd edir. Bununla da, şər qüvvələri özlərindən və yeni ildən qovmuş olurlar.

Avropa ölkəsi olan Fransada Şaxta baba Noel ata kimi çağırılır.O hər yeni il gecəsi azyaşlıların başmaqlarına hədiyyələr qoymaqla onlara sevinc bəxş edir.Fransada yeni ilin əsas adəti kimi hədiyyələr verilir. Lakin hədiyyə təqdim edərkən diqqətli olmaq lazımdır. Hədiyyəni istənilən şəxsə vermək düzgün qəbul olunmur. Məsələn, bu ölkədə qadın öz ərindən yalnız hədiyyə qəbul etməlidir.

İsveçrədə bu gecə insnlar bir-birinə dostluq və sevinc rəmzi olaraq şam hədiyyə edirlər.

İtaliyada isə Şaxta baba obrazı ilə yanaşı Şaxta nənə adlanan simvolik obrazı da var.Onun adı isə Befan nənədir.

Böyük Britaniyada isə həmin gecə insanlar evin bütün qapılarını açır, daha sonra bağlanır, evə gələn ilk qonaq həyəcanla gözlənilir. Evə daxil olan ilk qonağın aurasından asılı olaraq həmin ilin necə keçəcəyini təyin etmək olar.

Ölkəmizdə də yeni il gecəsi maraqlı qarşılanlır. Həmin gecə evlərin bütün işıqları adətən yanılı qalır. Yeni ilin, yeni günün qədəmlərinin uğurlu olması üçün saatlar12-ni vuran kimi badələr qaldırılır, atəşfəşanlıq keçirilir

loading…


331 total views, 1 views today

FİKİR BİLDİR
loading...