Qadınlarda əsas depresiya halları

Dostlarınla Paylaş

Müasir dövrmüzdə istər kişi ,istər qadınlarda müxtəlif səbəblərdən qaynaqlanan depressiya kimi psixoloji pozuntular gündən -günə daha çox müşahidə edilir.Bunun səbəblərini də bir çox psixoloqlar,sosioloqlar araşdırır.Mən bu meqalemdə sizə 20 yaşdan yuxarı qadınlarda depresiyyaya sebeb olan amillər haqqında məlumat verəcəyəm.
Bildiyimiz kimi qadınlar yaradalış etibarı ilə kişilərlə müqayisədə daha hessas və emosianaldırlar.Bu da onların həyatının hər sahəsində özünü göstərir ki,həmçinin bura stressə ,depressiyaya meyillik də aiddir.Qadınlarda depressiyaya səbəb olan amillərin böyük əksəriyyəti əks cinslə olan ya münasibətində olduğu vaxtlar ,yada münasibətin sonlandığı dövrdən başlayır.Belə ki aparılan sorğuların nəticəsində müəyyən edilmişdir ki,qadınlar eks cinslə münasibət zamanı bir çox səbəbdən depressiv vəziyyətə düşür.Bunlardan evləndikdən sonra qadınlarda ən çox depressiyaya səbəb olan amilləri nəzəzrinizə çatdırım:
1.Evlilikdən sonrakı dövrdə olan “qısqanclıq” – Evliliyə qədər kişi qadının tanış,dostları ilə elaqə saxlamasına icazə verirdisə,evlilikdən sonra özünü qadın üzərində daha hökümlü sayan kişi xanımının daha evvəlki tək dost tanışları ilə olan elaqəsinin olmasını istəmir,bacardığı qədərdə bunun qarşısını alır.Hətta bu yalnız dost ,tanişlarla mehdudlaşmayib,onun ailəsi və xüsusi ilə də anası ilə elaqə saxlamasına razı olmurlar.
2.Evlilikdən sonrakı dövrdə “olmazlar” – Olmazlara geyim,bəzək eşyalarından istifadə də qadağaların qoyulması,getdiyi yerlərin məhdudlaşdırılması və s. aiddir.
3.Evlilikdən sonra evlilikdən əvvəlki “həyacanın” azalması – kişilər evləndikdən sonra qadina daha az diqqət göstərməyə başlayır,onlar nişanlı və sevgili olduqları dövrdəki kimi qayğı və bitməyən sevgi ilə yanaşmır,qadınların evlilik və evləndikdən sonrakı həyat barəsindəki ” xeyallarını” alt -üst edirlər.
4.İşləmək problemi – Kişilərin çoxu xanımlarının evlendikdən sonra işləməsini müsbət qarşılamır,qadının işləməyinin bir sıra səbəblərdən əhəmiyyətsiz olduğunu düşünürlər və s.
Qeyd etdiyim amillər qadın psixologiyasına əsaslı şəkildə təsir göstərir,buna səbəb isə qadinların sərbəstliyə meyilli olmalarıdır.
Bundan başqa qadınlarin ikili münasibətlərdə fiziki zorakılıq,qorxu,şübhə,xəyanət və qüsurlarının uzə vurulması hallarında da depressiv veziyyətlər müşahidə edilir.Bunlardan xəyanəti xüsusilə qeyd etmək istəyirəm.Çünki xəyanətlə üzləşən qadınların bir çoxunda özünü qeyri adekvat aşağı qiymətləndirmə halı baş verirki,bu da onların depressiv veziyyətə düşməsi ilə nəticələnir.
Qorxunun və şübhə hallarının insan psixologiyasına təsrir hamımıza məlumdur ki,bunların qadın psixologiyasına tesiri daha çoxdur.
Qadınlar bilirik ki danışmağı çox sevirlər və onların ünsiyyət təlabatları da ödənilmədikdə bu onlarda depressiyaya meyilliliyə səbəb ola bilər.
Həmçinin qadınları depressiyaya salan amillərə yaxınlarında (bura yalnız qohum eqrəbasındakı insanlar yox,həmdə emosional bağlılığının olduğu insanlar aiddir) itki,ölüm hallarının baş verməsidir.Bu zaman qadınlarda uzunmüddətli depressiv veziyyət müşahidə olunur.
Bəs qadının depressiyaya düşdüyünü necə bilmək olar?
Bu zaman qadınlarda get gədə özünə qapalılıq,iştahanın kesilməsi ( bəzi hallarda əksinə artması) ,yuxu rejiminin pozulması,yatmağa meyillilik,qayğı və diqqətsizliklərinin çoxalması,pis nələrsə olacaq düşüncəsinin artması,pessimistlik hallarının müşahidə edilməsi və s. müşahidə edilir.

 

480 total views, 1 views today

FİKİR BİLDİR