Qadın sünnəti nədir?

Dostlarınla Paylaş

Qadın Sünnəti  yəni klitorisin kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur.Qadında edilən sünnətin ən yüngülü klitorisin kəsilməsi olub, məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir.Bununla yanaşı çox istənməyən risklərə hətta ölümə də səbəb olmaqdadır.Bu sünnət tipi daha çox Afrika ölkələrində məşhurdur.

Birləşmiş Millətlr (BM), hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini bildirdi.

UNİCEF tərəfindən nümayiş olunan hesabatda, məlumatların daha yaxşı toplanması nəticəsində, dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin, gözlənildiyindən daha məşhur olduğunun şahidi oldular.Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edildi.

Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda, hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşadığı bildirildi.

İndiyə qədər toplanan məlumatlara görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət edilməkdədirlər.Dünya Sağlamlıq Təşkilatına görə bu gün dünyada, bu ən ağır forması daxil olmaqla, 100-140 milyon qız sünnət edilməkdədir.

sunnet1-thumb-jpg-fe46c413567c67246900ecb49f423f47

Qadın sünnətinin tibbi riskləri nələrdir?

  • Qanama
  • Cərrahi zədə
  • Ağrı və ya qanamağla bağlı şok
  • İnfeksiya
  • HIV/AİDS və digər viruslara yoluxma
  • Ölüm

 

Sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır.Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar. Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir: Qadın sünnətinin bir təhlükəli tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir.

sunnet3-thumb-jpg-a1c8ebf7f68b150f86cf121d13caa32c-1

614 total views, 1 views today

FİKİR BİLDİR