Pula qənaət etməyin ağlınıza gəlməyəcək üsulları

Dostlarınla Paylaş

Pul yığmaq istəyənlərə faydalı məsləhətlərimiz var. Hamımız pulun çox tez bitdiyindən narazılıq edirik. Üstəlik özümüzdən bu ay nəyə pul xərclədiyimizi soruşduqda cavabını da tapa bilmirik. Ehtiyac kimi görünən, amma əslində sadəcə israfçılıq olan xərclər sonda darda qalmağımızın əsas səbəbidir. Bir neçə kiçik məsləhət ilə həyatın hər sahəsində qənaət edərək pul yığmaq mümkündür.

Su

  • Paltaryuyan maşın bir istifadədə 176 litrə yaxın sudan istifadə edir. Maşınınızı hər gün yox, həftədə bir dəfə işlədib ildə 9 ton suya və beləcə su xərclərinə qənaət edin. Paltarları yığıb birlikdə yuyun.
  • Dişlərinizi fırçaladıqda və təraş olduqda kranı bağlayın. Bunu etməyənlər ildə adambaşına 12 ton su israf edir. Bu, 4 nəfərlik ailədə 48 ton suya bərabərdir.
  • Evdə hər kəs üçün təkcə 1 su stəkanı müəyyənləşdirin və hər dəfə su içərkən fərqli stəkanı çirkləndirməyə məcbur qalmayın. Artıq çirkli qab-qacaq artıq su sərfiyyatı deməkdir.
  • Meyvə və tərəvəzləri su dolu qabın içərisində yumağa üstünlük verin. İldə orta hesabla 18 ton suya qənaət etmiş olacaqsınız.
  • Güllərinizi və həyətinizi sulamaq üçün günün sərin saatlarına üstünlük verin. Buxarlanma ilə suyun böyük hissəsini itirməmiş olacaqsınız.

 

Ev

  • İşiniz, uşağınızın məktəbi, market kimi tez-tez getdiyiniz yerlər evinizə nə qədər yaxındırsa, o qədər qənaət etmiş olacaqsınız.
  • Oxuyursunuzsa, tələbə evini bir otaq yoldaşı ilə bölüşmək həm sosial baxımdan yaxşı bir təcrübə olacaq, həm də kirayə pulunu yarıya böləcəksiniz.
  • Ev alan zaman gün düşən yerdən olmasına diqqət edin. Beləcə daha asan isinəcək.

Mətbəx

  • Bazarlıq edərkən ehtiyacınız qədər almağa çalışın. 5 kilosu bir kilodan daha ucuz başa gəldiyi üçün aldığınız ərzaqlar evdə çox qaldıqda, adətən, xarab olub atılır.
  • Göyərtilər kimi tez xarab olan şeyləri yuduqdan sonra soyuducuda saxlayın. İstifadə edəcəyiniz qədərini istifadə edin.
  • Evdə öz içkilərinizi özünüz hazırlamağa çalışın. Ayran, limonad, meyvə şirəsi kimi içkiləri özünüz də daha aşağı qiymətə hazırlaya bilərsiniz.
  • Ac olduğunuz vaxtlarda qətiyyən bazarlığa getməyin.
  • Aldığınız çörəklər artıq qalırsa, səhər yeməyində omlet yerinə yumurtalı çörək bişirə bilərsiniz.
  • Qabyuyan maşının parıldadıcılar bölməsinə bir az sirkə əlavə edərək parıldadıcı vasitələrin xərcindən xilas ola bilərsiniz.
loading…


Elektrik enerjisi

  • Dondurucudan çıxardığınız bir kasa dolusu buzu soyuducunuzun ortasında yerləşdirin. 100-də 5 daha az enerji sərf etmiş olacaqsınız.
  • Geniş soyuducular kiçik olanlarla müqayisədə daha az enerji sərf edir. Ehtiyacınız olan böyüklükdə bir soyuducu alın.
  • Soyuducuya ərzaqları isti halda qoysanız, soyuducunun soyutma işi faha çox enerji israfına səbəb olacaq. Həmçinin soyuducuya tez-tez isti şeylər qoymaq soyuducunu sıradan çıxardığı üçün əlavə böyük xərcə də düşə bilərsiniz.
  • Sobanın qapağı bişirmə zamanı hər dəfə açıldıqda o, 20% istilik itirir. Bu da əlavə elektrik enerjisi itkisi deməkdir.
  • Lampalarınızın tozunu tez-tez alın. Tozlanan lapmalar işığın 50%-ni yayır, digər 50% israf olunur.
  • Soyuducunu hər dəfə açan zaman içəridəki soyuğun 30%-i çölə çıxır. Nə götürəcəyinizi əvvəlcədən planlaşdırın, daha sonra soyuducunun qapağını açın. Bütün bunlar birləşdikdə elektrik xərclərinə qənaət etmiş olacaqsınız.

Siqaret

  • Siqareti tərgidin. Bu üsulla il ərzində xeyli məbləğə qənaət etmiş olacaqsınız.
  • Qənaət etdiyiniz pul ilə evin bir neçə aylıq elektrik, su və ya qaz borclarını ödəyə bilərsiniz.
  • Kiçik bir tətil edə bilərsiniz.
  • Evdə təmir olunacaq bəzi şeyləri də təmir etdirə bilərsiniz.

1,349 total views, 3 views today

FİKİR BİLDİR