Planetlərin rəngi niyə fərqlidir?

Dostlarınla Paylaş

Günəş sistemindəki planetlərin hamısı bir-birindən fərqli rənglərdədi. Planetlərin hansı rənglərdə göründüyü səthlərinin və atmosferlərinin hansı maddələrdən təşkil olmasıyla əlaqəlidi.

Merkuri çox incə bir atmosferə malikdir. Vulkanik fəaliyyətlər nəticəsində yaranan və böyük nisbətdə silisium və dəmir ehtiva edən birləşmələrdən ibarət olan qalın sürüşkən və toz təbəqəsi ilə örtülü olan bu planet tünd boz görünür.

Atmosferi böyük nisbətdə karbondan ibarət və sulfat turşusu ehtiva edən qalın bir bulud təbəqəsi ilə örtülü olan Venera sarı-narıncı rənglərdə görünür.

Səthinin təxminən 70%-i sularla qapalı olan planetimiz, Günəş Sisteminin mavi üzvlərindən biridir. Okeanlar mavi, buludlar ağ, quru səthi yaşıl və qəhvəyi dalğa boyundakı işığı əks etdirdiyi üçün daha ətraflı şəkildə araşdırma edildiyi zaman bu rəngləri fərq etmək mümkündür.

Marsın qırmızı-narıncı rənglərdə görünməsinin səbəbi isə səthinin dəmir birləşmələri ehtiva edən qayalar və toz parçacıqları ilə örtülü olmasına görədir.

Yupiterin atmosferi böyük nisbətdə hidrogen və heliumdan ibarətdir. Eyni zamanda su kristalları, ammonyak kristalları da var. Yupiterin atmosferində sürəti saatda 600 kilometri aşan şiddətli fırtınalar reallaşır. Yupiterin səthindəki ağ-açıq sarı rəng, buludların içindəki ammonyak kristallarından qaynaqlanır. Qəhvəyi-narıncı rəngdə görünən qisimlər isə ammonium hidrosulfat ehtiva edən buludların olduğu bölgələrdir.

Saturnun atmosferinin tərkibi Yupiterinkinə bənzəyir. Ancaq bu planeti əhatə edən ammonyak qazından ibarət lay, alt hissəsindəki qırmızı tonlardakı buludların rənglərinin daha acıq görünməsinə səbəb olur.

Uranın mavi-yaşıl görünməsinin səbəbi atmosferində olan metandır. 600 nanometr dalğa boyundakı qırmızı işığı əmən metan işıq tayfını meydana gətirən digər dalğa boyundakı şüaları geri əks etdirir.

Atmosferinin tərkibi Urana bənzəyən Neptunun rəngi isə parlaq mavidir. Neptunun parlaq mavi rəngdə görünməsində atmosferindəki nə olduğu hələ təsbit edilməyən bir maddənin qatqısı olduğu düşünülür.

2,330 total views, 11 views today

FİKİR BİLDİR