Planetimizin fırlanmasını niyə hiss etmirik

Dostlarınla Paylaş

Planetimiz, atmosfer və üzərindəki hər şey dayanmadan dönür (fırlanır). Ekvatordakı dönüş sürəti saatda təxminən 1675 kilometr, yəni tam bu anda saniyədə 465 metr kimi bir sürətdə səyahət edirsiniz. Lakin əgər şimal və cənub enliklərinə doğru hərəkət etsəniz sürət siz hərəkət etdikcə bir az daha azalar. Məsələn Azərbaycan 38-42 dərəcə şimal paralelində yerləşdiyi üçün ekvator paralelinə görə sürəti fərqli olacaq.

Bəs biz bunu niyə heç hiss etmirik?

Maneəsiz bir şəkildə sabit sürətlə səyahət edən bir təyyarədə olduğunuzu düşünün. Kəmərinizi açıb təyyarənin içində gezəsəniz də təyyarənin hərəkətini hiss edə bilməzsiniz. Çünki siz, təyyarə və içindəki digər hər şeylə eyni sürətdə səyahət edirsiniz. Buna görə də təyyarənin hərəkətini aşkar etmək üçün pəncərədən buludlara baxmalısınız. Eyni nümunə planetimizin dönməsi üçün də etibarlıdı. Planetimiz öz ətrafında tam dönüşünü 23 saat 56 dəqiqədə tamamlayır və demək olar ki, tamamilə sabit bir nisbətdə fasiləsiz şəkildə dönür. Bu hərəkətin hiss etməyimizzin bir yolu üzümüzə dəyən küləyi hiss etməymizdir. Lakin planetimizin atmosferinin də bizimlə eyni sürətdə dündüyünü unutmamaq lazımdır. Əgər planetimiz sürətini dəyişdirəcək olsaydı bunu qəti şəkildə hiss edərdik. Bu vəziyyət, planet miqyasında anidən əyləcə basmaq kimi olardı və bu halda atmosfer saniyədə 465 metr sürətlə dönməyə davam edər və planetin səthini süpürərdi. Yəni ki, bir təyyarənin dəyişməz hərəkətini hiss edə bilmədiyimiz kimi, kosmosdakı səfərimiz də tamamilə sabit sürətlə reallaşdığına görə normal olaraq hiss edilmir.

550 total views, 1 views today

FİKİR BİLDİR