Papua-Yeni Qvineyada hisə verilmiş ölülər

Dostlarınla Paylaş

Papua-Yeni Qvineyada yaşayan bezi qebileler ölünü mumifikasiya etmekden ötrü dehşetli üsuldan istifade edirler.Burada  ölən adamların meyitlərini, xüsusilə qadın və uşaqları balıq kimi duzlayıb hisə verirlər. Bunu etmədən öncə meyitin yağını axıdıb saxlayırlar.

Onu saçlarına və üzlərinə çəkirlər. Artıq qalandan isə yemək bişirirlər. Onlar belə hesablər edir ki, ölünün ruhu bununla insanlara güc verəcək. Bu ənənə 1975-ci ildən sonra hökumət tərəfindən qadağan edilsə də, bir çox bölgələrdə hələ də davam edir. Onlar cəsədləri hisə verəndən sonra oturmuş halda dağdan asırlar. Papua-Yeni Qvineyanın Morobe dağlıq bölgəsində qayalıqlardan keçən turistlər hisdə qovrulmuş cəsədlərlə rastlaşıb, bu dəhşətli mənzərənin şahidi olurlar.

Cəsədlər qırmızıya boyalı və yuxarıdan düşməmək üçün qoyulduqları bambuk ağacından hazırlanmış qəfəsin içində həbsdə olan kimi görünürlər. Bu da araşdırmaçı və səyyahlar üçün olduqca qorxulu anlar yaşatdığından onları bu ərazidən uzaq tutur.

Ancaq bu cənazə ritualı yalnız əcnəbiləri qorxudub qaçırmaq üçün edilmir. Ölkənin bu bölgələrində yaşayan Anga tayfasında düşünürlər ki, meyitlərini hisə verib saxlamaq və yağını çəkmək, ölülərinə bağışlaya biləcəkləri ən böyük hədiyyədir. Qeyd edək ki, ölən şəxslərin qurudulmuş cəsədləri uzun illər çürümür. Bunun üsə öz texnologiyası var. Əvvəl cəsədlərin ayaq, diz və dirsəklərində yağın axması üçün kəsiklər açır və bambuk budaqları vasitəsilə də qarın və bağırsaqlardakı yağ toplanır. Sonra isə cəsədin içinə hava girib onu çürütməməsi üçün göz, ağız və anus hissələri tikilərək bağlanılır. Ayaq dabanları, ovuc içləri və dili kəsilərək ölünün yaşayan həyat yoldaşına və digər doğmalarına təqdim olunur. Bədənin qalan hissəsi isə odda hisə verilərək qurudulur, sonra isə leş yeyən heyvanlardan qorunması üçün palçıq və torpaq boyasıyla örtülür.

Morobe dağlarındakı qayalıqların bəziləri hətta 200 il bundan qalma cəsədlərlə doludur. Bu cəsədlərin bəziləri xüsusi bayramlarda endirilir, qarşılarında rəqs edilir, bayram bitdikdən sonra isə yenidən yerinə qaytarılır. Orada yaşayanlar bu ölülərin onları qoruduqlarına inanırlar.  Bu ritual Katolik kilsəsi tərəfindən yaxşı qarşılanmır. Məhz bu səbəbdən 1975-ci ildən Papua- Yeni Qvineya müstəqillik əldə etdikdən sonra qadağan olunub. Buna baxmayaraq, keşişlərin gözündən uzaq missionerlərin belə girməyə qorxduğu bəzi kəndlərdə və muxtar bölgələrdəki qəbilələr hələ də bu vəhşi və dəhşətli ənənəni qoruyub saxlayırlar.

372 total views, 1 views today

FİKİR BİLDİR
loading...