Pablo Eskobar haqqında 14 fakt

Dostlarınla Paylaş
loading…


Pablo Escobar tarixin ən böyük narkotik baronu hesab olunurdu. Nə ondan əvvəl, nə də ondan sonra heç kim ona çata bilməyib. Pablo Escobar elə bir bir dərəcəyə çata bilmişdi ki, dünyadakı kokain ticarətinin 80 %-ini əlində saxlayırdı. Əslən Kolumbiyalı olan bu narko baron həyatı boyu etdikləri ilə də olduqca yaddaşlarda qala bilmişdi. Məhz Escobar haqqında inanılmaz 14 həqiqət.

1. Pablo Escobar, 1949-cu ildə əkinçi bir atanın və məktəb müəlliməsi bir ananın oğlu olaraq Kolumbiyada dünyaya gəlib.

2. Narkotik ticarətinə başlamazdan əvvəl avtomobil oğurluğu və oğurlanmış məzar daşı satma kimi işlər görürdü.

3. Pablo Escobar narkotik ticarətinə girdiyi zaman isə sanki bu iş üçün doğulmuş kimi inanılmaz uğur qazana bildi. Belə ki, həftədə 420 Milyon dollar qazanmağa başladı. İllik gəliri isə 30 milyard dollara qədər çatmışdı.

4. Pullarını bir yerdən başqa yerə daşımaq üçün özünə şəxsi təyyarə belə almışdı. Əlbəttə bu təyyarə ilə kokain də daşıyırdı.

5. Bu təyyarənin təkərlərinə kokain yerləşdirə biləcəyini öyrəndikdən isə, gündə 500.000 dollar daha çox qazanmağa başladı.

6. Pablo Escobar xalqa özünü sevdirməyi də unutmamışdı. Ölkəsində bir yardım fondu yaradmış və parklar, məktəblər tikdirib xalqa daim kömək edirdi. Xalq bir zaman sonra Escobarı Robin Hood adlandırmağa başlamışdı.

7. Qardaşı və baş mühasibi Roberto Escobarın dediyinə görə Pablo Escobar sadəcə pullarını bükmək üçün də pul bağlamaq üçün istifadə olunan rezinlərə ayda 2500 dollar pul xərcləyirdi.

8. Ancaq belə böyük pulları saxlamaq üçün seçdiyi yerlər xarabalıqlar olduğuna görə hər il pullarının 10 %-ni siçanların yeməsindən və bir çox səbələrdən dolayı itirirdi. Amma Pablo Escobar üçün bu elədə böyük bir məbləğ deyildi.

9. Escobar o qədər böyüdü ki, gündə Amerikaya 15 ton kokain göndərməyə başladı. Bu səbəbdən də Amerikanın diqqətini çəkdi və Amerika höküməti Kolumbiyaya təzyiq göstərməyə başladı.

10. Pablo Escobarın ən qorxduğu şey isə Amerika həbsxanalarında cəza çəkmək idi. Məhz bu səbəblə Kolumbiya hökumətinə, hökumət borclarını bağlamağa qarşılıq (onlarla milyard dollar), cinayətkar ekstradisiya qanununu dəyişdirməyi təklif etdi. Lakin qəbul edilmədi.

11. Pablo Escobar üçün polislər böyük problem idi. Polislər tərəfindən axtarılan Pablo Escobar 1993-cü ildə hər bir polisin başına 3000 dollar mükafat qoydu. Bu mükafatı almaq istəyən vətəndaşlar isə o vaxt 400 polisi küçələrdə öldürmüşdü.

12. Pablo Escobar, 200 hakim, 1000 polis, jurnalist və hökumət rəsmisinin də daxil olduğu ümumi 4000 nəfərin ölümündə günahlandırılırdı.

13. Pablo Escobarın yeganə oğlu Xuan Pablo Escobarın 2009-cu ildə verdiyi bir müsahibədə dedikləri böyük marağa səbəb oldu. Xuan Pablonun dediklərinə görə, Pablo Escobar bir qış günü qaçarkən ailəsini soyuqdan qorumaq üçün 2 milyon dolları yandırmışdı.

14. Ancaq tarixin ən zəngin narkotik baronu qaçmasına baxmayaraq bu müharibədə qalib ola bilmədi və 1993-də bir silahlı münaqişədə öldürüldü.

loading…


137 total views, 1 views today

FİKİR BİLDİR
loading...