Ouija taxtası – Şeytanın oyuncağı

Dostlarınla Paylaş

Ouija ruh çağırma məqsədilə istifadə edilən bir əşyadır. Tarixi qədim Misirə kimi uzanan bu taxtanın müasir formasını fransız medyumu M.Planchette tərəfindən 1853-cü ildə düzəldilmiş,satışı isə 1856-cı ildən başlamışdır. İstifadəsi çox asanddır. Minimum iki nəfər olmalıdır. Taxta üzərində hərflər, 0-dan 9-a kimi rəqəmlər və Hə, Yox yazısı vardır. Ortada isə hərəkətə gələn hər hansı bir əşya olmalıdır. Məsələn, boşqab,ucu biz hər hansı bir əşya. Taxta ətrafında olan şəxslər baş barmaqlarını bu hərəkətə gətirən əşyanın üzərinə qoymalıdır. Əgər hər hansı bir varlıq olsa o, əşyanı hərflər və rəqəmlər olan hissələrdə gəzdirəcəkdir. Üzərində dayandığı hər bir hərfdən söz,sözdən də təbii ki cümlə yaranacaqdır. Alınan fikirlər o varlığın çatdırdığı bir mesaj olaraq başa düşülür.

Əgər taxta işə yarayırsa gələn bizim istədiyimiz ruhdurmu?

Əslində yox. Əgər bu taxtanın qarşısında saf niyyət olmadan otursaz,saf olmayan varlıq gələcək. Əgər qorxaraq otursanız,böyük ehtimal sizi qorxudacaq varlıqla rastlaşacaqsınız.

PS. Sınamamağınız məsləhətdir. Əgər səsinizə səs verən olsa o heç də məsum bir varlıq olmaya bilər və o sizə ziyan vermək üçün əlindən gələn hər şeyi edər. Bunları başıma gələn biri olaraq deyirəm.

 

ouija

 

509 total views, 1 views today

FİKİR BİLDİR