Noyşvanşteyn qəsri (Schloss Neuschwanstein)

Dostlarınla Paylaş

Noyşvanşteyn qəsri (Schloss Neuschwanstein) – Yeni Qu quşu daşı qəsri Bu qəsr XIX əsrdə Almaniyada, Bavariya vilayətinin cənub-qərbində hündür, sıldırımlı təpənin zirvəsində inşa olunub. Alp dağlarında, Alpzee gölü üzərindən ucalan nəhəng qayanın üzərində kral II Lyudviq Noyşvanşteyn qəsrinin tikilməsinə əmr verir. Qəsr 1869 – 1886-cı illərdə tikilmişdir. Layihəni və eskizləri Eduard Ridel, rəssam-dekorator Kristian Yank və Georq Dollman işləmişlər. Romantik üslubda, beşmərtəbəli saraylı, Rixard Vaqnerin səhnə obrazlarındakı dünyanı xatırladan Vartburq qəsri üslubunda tikilən bu qəsr hal-hazırda əsl romantik orta əsr qəsri kimi qəbul olunur. 9 İyun 1886-cı ildə dövlət komissiyası Xoenşvanqau-nu kralı öz səlahiyyətləri altına almaq məqsədi ilə baş çəkirlər. 3 gündən sonra kral axırıncı dəfə Noyşvanşteyn qəsrindən Berq qəsrinə yola düzəlir. 13 iyun kral naməlum səbəblərdən Ştarnberqer Zee gölündə boğulur. Hələ də kralın ölüm səbəbi mübahisə doğurur. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq tikilib. Qəsrin inşası üçün lazım olan məbləğ II Lüdviqin şəxsi büdcəsindən ödənib. Kralın ölümündən sonra, 1886-cı ildə qəsr ictimai ziyarətə çevrilib. Qəsrə meşənin içərisindən ensiz yol var. Hərəkət yalnız bir istiqamətdədir. Turistləri daşıyan avtobus qəsrə qalxırsa, aşağı enən turistlər 30 dəqiqə gözləməlidir. Saray XIX əsrin tipik memarlıq nümunəsi kimi dəyərləndirilir. Qəsrin memarlığındaNeoroman (kuboidlər kimi sadə geometrik fiqurlar və yarımdairəvi arkalar), Qotik(şiş ucluqlar, zərif qüllələr, incə naxışlar) və Bizans memarlıq üslubları və incəsənətindən (Taxt zalının interyeri) istifadə olunmuş və onlar XIX əsr texnikası ilə birləşdirilmişdir.

Taxt Zalının divarında Müqəddəs Georginin əjdaha ilə döyüşməsi səhnəsi.

Həm xarici, həm də daxili quruluş baxımından qəsr olduqca dəbdəbəli görünüşə malikdir. Kralın memarlara təsiri, qəsrin hər addımında və hər bir tikilidə çox güclü hiss olunur, dizyn və dekorasiya isə kralın maraqlarını sərgiləyir. Saraydakı əsas otaqlara Taxt zalı, Lüdvikin otağı, Müğənnilər zalı və Qrotto daxildir. Ümumilikdə sarayın dizaynında Loenqrin haqqında alman əfsanəsi və Qu quşu cəngavər haqqında əfsanənin motivlərindən geniş istifadə olunub. Lüdvikin uşaqlıq və gəncliyini keçirdiyi Hohenşvanqau sarayında da bu saqaların təsvirləri vardır. Bu mövzular Rixard Vaqnerin operalarından götürülmüşdür. Noyşvanştayn qəsri 150 metr uzunluğu olan qaya üzərindəki bir neçə müstəqil tikilidən təşkil olunmuşdur. Həmin tikililərə müxtəlif müşahidə qüllələri, bəzək qüllələri, qəsr divarları, eyvanlar və heykəllər daxildir. Neoroman üslubuna uyğun olaraq pəncərələr dəbli triforiaları şəklində açılır. Qəsrdən Cənubda Tegelberq və Pöllat Corc, şimalda isə Alp dağları, onların ətəyindəki dağ gölləri görünür, bu isə qəsrin müxtəlif yerlərindən baxdıqda müxtəlif cazibədar mənzərələrin görünməsini təmin etməklə yanaşı, həm də kənardan qəsrə baxdıqda çox gözəl mınzərələrin yaranmasını təmin edir. Bu qəsrin, orta əsr cəngavər qalaları haqqında romantik ideala əsasən dizayn edilmənin nəticəsidir.

Sarayın otaqları (XIX əsrə aid fotoxrom nəşr)

Müğənnilər zalı

Taxt zalı

Rəsm otağı

İş otağı

Yataq otağı

Noyşvanştayn qəsrindən açılan müasir panorama  (soldan sağa) Noyşvanştayn qəsrinə gətirən yol; Alpsi gölü; XIX əsrdə inşa edilmiş Hohenşvanqau qəsri və onun arxasında Şvansi gölü; Qəsrin qarşısında Alterşrofen və Füssen yaşayış məntəqələri; mərkəzdə Şvanqau bələdiyyəsi və geniş Forqqenze gölü; Banvaldsi gölü (şimalda).

 

141 total views, 1 views today

FİKİR BİLDİR
loading...