Nəyə görə öldürülmüş baba paradoksu həqiqət deyil?

Dostlarınla Paylaş
loading…


Zamanla səyahət mövzusunda vaxtilə baba paradoksu adlı bir fikir ortaya atılmışdı. Sonradan zamanla bağlı paradoksları izah etməyə başladıqda, keçmişə səyahətlə bağlı öldürülmüş baba paradoksu kimi ideyalar ortaya atılmağa başladı. Keçmişə zamanla səyahətin mümkün olmadığını göstərmək istəyənlər başladılar bu paradoksu ortaya atmağa və məntiqi yolla belə şeyin (keçmişə səyahət) mümkün olmadığını sübut etməyə çalışdılar.

Bu məsələ o qədər populyar oldu ki, 20-ci əsrdə zamanla bağlı paradokslarda çox istifadə edilməyə başladı.

Bugün kvant fizikası, zamanla bağlı səyahətlə maraqlanan Azərbaycan gəncləri arasında bu paradoksu göstərmək və keçmişə səyahətlə bağlı fikirlər populyardır. Bir növ, bu paradoksu qeyd etməklə mən kvant fizikası haqda hər şeyi bilirəm təəsüratı yaradırlar. Ən acınacaqlı tərəfi ondadır ki, bu kimi şeylərdən başı çıxmayan bu paradoksu həqiqət hesab edir. Çünki özləri də elə bilir ki, əgər keçmişə səyahət etsək, həqiqətən beləbir paradoksla qarşılaşacayıq və bu da bizi dalana dirəyir. Əslində isə bu düşüncə zamanla səyahət, keçmişə, gələcəyə səyahətlə bağlı nə qədər yanlış düşüncələrdə olmağın, bu haqda biliklərin az olmasının göstəricisidir.

Mən kvant fizikası haqda elə də çox bilmirəm. Ümumiyyətlə, kvant fizikası fizikanın elə bir sahəsidir ki, bununla bağlı nə qədər çox bilsən, bir o qədər az bildiyini və yaxud ümumiyyətlə, kvant fizikası haqda heç nə bilmədiyin qənaətinə gəlirsən.

Zamanla bağlı oxuduğum, öyrəndiklərim, analiz etdiklərimdən sonra başqa qənaətə gəlmişəm. Mənim üçün ümumiyyətlə zaman anlayışı hər kəsin dərk etdiyi formada deyil. Hansı ki, bu da zamanın nisbiliyinə əsaslanır.Lakin bizim hazırda mövzumuz öldürülmüş baba pardoksu olduğu üçün nəyə görə bu paradoksun zamanla səyahət, keçmişə səyahətlə bağlı heç bir aidiyyatı olmadığını izah etməyə çalışım.

Qısaca öldürülümşü baba paradoksunu izah etməyə çalışım, hansı ki, bu haqda özlərini gənc “fizika mütəxəssisi” hesab edənlər yazır və özlərini zamanla səyahət mövzusunu çürüdən adam hesab edirlər.

Bu paradoksa əsasən, insan keçmişə səyahət edə bilməz. Bunu sübut etmək üçün də deyirlər ki, əgər mən keçmişə səyahət etsəm, gedib cavan yaşlarımda babamı görsəm və onu öldürsəm, onda belə çıxır ki, atam olmayacaq. Atam olmasa, mən doğulmayacam. Deməli, ya babamı öldürməklə özüm də yox olacam, ya da hər hansı səbəbdən öldürə bilməyəcəm. Ya da ki, ümumiyyətlə, keçmişə səyahət edə bilməli deyiləm, çünki belə məntiqsiz paradokslarla qarşılaşırıq.

İndi isə keçim izaha.

1. Biz keçmişə səyahət dedikdə ən böyük yanlışlığımız ona bir informasiya kimi yanaşmamağımızdır. Bu paradoksu ortaya adıb, keçmişə səyahət söhbətini çürüdən adam elə bilir ki, keçmişə sayahət deyiriksə, deməli, mən gedib öz valideynlərimin cavanlığını görəcəm. Onlardan birinin başına daş atsam, son olaraq daş mənim başımda çatlayacaq. Bu düşüncə ilə biz səbəb-nəticə əlaqəsinin pozulmasına səbəb oluruq, halbuki kainatda fundamental qanunudur. Yəni biz kainatda hər nə oyunlar çıxarsaq da baş verəcək hadisələrdə səbəb-nəticə qanunları pozulmalı deyil. Bu qeyri-mümkündür. Mümkün olmalı da deyil. Çünki bizim kainatımız, fiziki qanunlarımız buna icazə vermir. Əgər səbəb-nəticə pozulsaydı, bizim tanıdığımız kainat mövcud olmazdı. Oxucu indi bu yazını ona görə oxuyur ki, mən bu yazını yazmışam. Yazmasaydım, oxumayacaqdı məsələn.

Səbəb-nəticə əlaqəsinin pozulmamasını əsas götürsək, o zaman biz keçmişə səyahət əslində keçmişə səyahət yox, keçmiş-gələcəyə səyahət hesab edilir. Məsələn, Baba(1)-Ata(2)-Mən(3)-Baba(1) formasında baş vermir səyahət. Keçmiş-gələcək bu o deməkdir ki, bizim indi atacağımız addım əslində bizim gələcəyimizdir. Bizim keçmişə getməyimiz gələcək addımır. 5 saniyə sonra mən 1930-cu illərə qayıda bilsəydim bu artıq “sonra” olaraq tarixə keçəcəkdi. Yəni Baba(1)-Ata(2)-Mən(3)-Baba(4) formasında.

Bu yolla biz keçmişə yox, keçmiş-gələcəyə səyahət edib, babamızı görsək, onun başına nə oyun açmağımız bizim taleyimizi dəyişmir, nə biz yox olacayıq, nə də ki, “əvvəl” yaşanan hadisələr buxarlanacaq. Hətta biz keçmiş-gələcəyə səyahət vasitəsi ilə gedib özümüz-özümüzə əl verib salamlaşa bilərik. Annihilyasiyaya da uğrayan deyilik. İstəsək bir gün əvvəlki özümüzü öldürə də bilərik. Çünki biz özümüz artıq gələcək olaraq kainatda mövcud oluruq.

2. Keçmişə səyahət gələcəyə səyahət kimi asan deyil. Gələcəyə səyahətin bir neçə alternativ yolları var, hansı ki, keçmişə zamanla səyahətə nəzərən 100 dəfələrlə real və asan görsənir. Yəni bizim əlimizdə elə bir texnologiya mövcud ola bilər ki, biz asanlıqla böyük addımlarla gələcəyə irəliləyək. Kainatda hər şeyin informasiyadan təşkil olunduğunu qəbul etsək, o zaman keçmişə səyahət də maddi olaraq mümkünlüyü çətin məsələdir. Oona görə ki, bunun üçün həddindən artıq çox enerji tələb olunur. Məsələn, bizim qalaktikanın enerjisi qədər. Buna da arxasında səbəb-nəticə əlaqələrinin pozulmaması dayanır. Biz keçmişə ən yaxşı halda səyahəti kainatdakı bu informasiyanı “reverse” edərək, bir videomaterial kimi izləyə bilərik. Yəni biz bu reverse olunmuş informasiyaya artıq toxunmaq, hiss etmək, onu 3D-4D formatında qavramaq, hologram formasında dərk etməmiz üçün daha mürəkkəb prosesləri analiz və oxutmaqdan ötəri həddindən artıq enerjiyə ehtiyac duymuş olacayıq. Çünki belə olan halda adicə söhbət təkcə atom, molekulların əvvəlki formasının bərpasından yox, hətta ən kiçik kvant hissəciyinin belə əvvəlki halını geri qaytarmalıyıq. Bildiyiniz kimi, kvant fizikasında isə bu qeyri-mümkündür. Ümumiyyətlə,kvant fizikasında hər hansı hadisəni geri qaytarmaq mümkün deyil. Çünki kvant dünyasında bütün hadisələr eyni anda baş vermə ehtimalı eyni bərabərlikdədir və kvant dünyası üçün əvvəlki, indiki, sonrakı hal anlayışı keçmir.

Buna görə də, mən keçmişə qayıdıb babamı bıçaqlasam, görəsən, başıma nə gələr kimi paradokslarla özünüzü yorub, dəhşət yaşamaq lazım deyil. Çünki zamanla səyahət anlayışında baba paradoksu heç cürə yaşana bilmir. Çünki yanaşma düzgün deyil. Hadisəyə baxış düzgün olmayandan sonra onun nəticələri də yoxdur. Yəni heç bir paradoks yoxdur deyə, hər hansı yaşanılacaq paradoksunuz yoxdur deyə, oturub belə olsa elə olar, elə olsa belə olar deyə bu kimi məntiqsiz suallarla beyin çürütmək lazım deyil. Nə də ki, bu kimi saxta, nə elmi, nə də məntiqi əsası olmayan informasiyanı cəmiyyətə təqdim edib, camaatda yanlış fikirlər oyatmaq.

Mənbə: odin.az

453 total views, 1 views today

FİKİR BİLDİR