Nəyə görə neftin qiyməti çox düşə bilməz?

Dostlarınla Paylaş
loading…


Neftin qiymətinin 20$-dan aşağı düşməsi heç kimə sərf etmir. Hətta nefti Rusiya üçün təzyiq alətinə çevirən və süni şəkildə neftin qiymətinin aşağı düşməsinə şərait yaradan ABŞ üçün də.

Bir çox neft ixrac edən ölkələrdə neft ixrac və istehsal xərcləri 16-18$ təşkil edir. Yəni əgər hansısa neft və neft məhsulları istehsal edən ölkə bu qiymətdən aşağı neft ixrac edirsə, deməli, ziyana işləyir. Bu isə sərfəli deyil.

Bəziləri elə bilir ki, neft erası bitdi və tezliklə alternativ enerji mənbələrinə keçəcəyik. Düzdür, alternativ enerji mənbələri zamanla nefti əvəz edəcək. Amma bugün neft və neft məhsullarından bütün dünyada bir çox sahələr istifadə edir və asılıdır da. Bu səbəbdən neft və neft məhsullarını alternetiv əvəz edəcək məhsullarla tam əvəz etmək üçün 25-35 il vaxt keçməlidir.

Məsələn, bugün dünyada işlədilən 95% avtomobillər benzin, dizellə işləyir və bunun üçün neftə ehtiyac var. Ola bilsin ki, bundan sonra istehsal olunan maşınlar elektrik maşınları və yaxud digər yanacaq, enerji mənbələrindən istifadə etsin. Amma bu o demək deyil ki, məsələn, 2016-cı ildən əvvəlki avtomobillərin hamısı zibilliyə tullanacaq. Həmçinin hərbi texnologiyada əsas yanacaq, enerji mənbəyi neft məshullarıdır. Neft məhsulları olmadan hərbi və kosmik texnologiyanın inkişafını bugün təsəvvür edə bilmərik.

Və yaxud mazut. Bugün mazut bir çox elektrik stansiyalarında, istilik sistemlərində əsas yanacaq kimi istifadə edilir. Mazutsuz istilik elektrik stansiyaları, istilik sistemlərinin çoxsu işləməyəcək. Bütün bunların yenidən qurulması, əvəzlənməsi, alternativ enerji mənbələri ilə əvəz edilməsi üçün 10 illiklər lazımdır. Bir günün içində əvəz etmək qeyri-mümkündür.

Və yaxud bitum. Asfalt örtüklərində istifadə olunan əsas vasitə. Həmçinin ayrı-ayrı akumlatorların istehsalında əvəzedilməz vasitədir. Yəni bayaqdan elektrik maşını arzulayırdıq. Amma adicə elektrik maşını üçün istifadə etdiyimiz akumlatorların hazırlanmasında neft məhsullarından istifadə mütləqdir.

Neftdən istehsal olunan kerosin, rezin, yağ, asteon. Neft kimyasında əldə edilən etilen, butilen, propilen, ayrı-ayrı spirtlər, efir yağları, benzon, fenollar, kauçuk, polimer istehsalı, plastmas və s. çoxlu sayda neftdən bugün bütün sahələrimizi əhatə edən istehsal vasitələri var. Bunlarsız bugün müasir həyatımızı təsəvvür də bilmərik. Hətta işlətdiyimiz texnoloji aparatların da bir çox detalarının istehsalında neft məhsullarından istifadə edilir.

Bugün dünya bazarında neftin qiymətiin süni şəkildə aşağı salınması Amerikanın siyasətidir və əsas maraqlar Rusiyanı iqtisadi təzyiq altında çökdürməkdi. Və bizim kimi qeyri-neft sektoru inkşaf etməyən ölkələr də Rusiya kimi ölkə ilə bir yerdə neft bataqlığında (öz qanında) boğulur.

Amma gec-tez neftin qiyməti yenidən yüksələcək. Ola bilsin ki, qısa zamanda neftin qiyməti sürətlə düşsün, hətta 20$-dan da aşağı olsun. Amma bu rəqəmlərin həmin aşağı səviyyədə qalması çox çəkməyəcək. Bir neçə gün və yaxud bir neçə saat ola bilər. Rusiyanın pul rezervləri boşalan andan, Rusiya iqtisadi təslim olduğu andan neftin qiyməti sürətlə qalxmağa başlayacaq.

Bu il üçün ortalama 40-50$ civarında təxmin etmək olar. Çünki heç bir neft ixrac edən ölkəyə neftin ucuz olması sərf etmir.

Bugün bütün bəşəriyyət neft və neft məhsullarından hədsiz dərəcədə asılıdır və neft ölkələri neft və neft məhsullarını ixrac etməyə maddi cəhətdən marağı olmalıdır. Neftin minimum düşmə qiymət 20$-dır.

Buna görə də, bəziləri neft erası bitir, artıq neft olmayacaq fikrindədirsə, bir ətrafına baxsın. İstifadə etdiyi enerjidən tutmuş, əşyalara kimi… hər şeydə neftin izini tapacaq. Bütün bunları əvəzləmək isə bir günün işi deyil.

TREND XƏBƏRLƏR

loading…


536 total views, 1 views today

FİKİR BİLDİR