Nəsillikcə gələn ölüm

Dostlarınla Paylaş

Bu məlumatı bizə qapı qonşumuz Hüsnü dayı söyləyərdi. Urfada kəndlərin birində qəribə  hadisə baş vermişdi və hələ də bu çox qorxulu hadisənin davam edib-etmədiyinə əmin deyildi. Çünki bu hadisədən sonra kəndlə əlaqəsi kəsilmişdi. Yadımda qalanları danışacam:

Kəndlərinin adı Karakeçi idi və cinli kənd deyə anılırdı.Ətraf qəsəbə və kəndlərin sakini cinlərin musallat olduğu bu kənd və əhalisindən ola bildiyincə uzaq durmağa çalışırdı. 1900-cü illərdə kəndin çox dindar insanlarından olan çoban İbrahim sürüsünü otlamağa aparmış və bu əsnada ağacların birinin altında istirahətini edirdi. İstirahət edərkən yuxu ona güc gəlmiş və o yatmışdı. Əsən meh onun üzünə vurduğunda ayılmağa başlayanda qulağına qəribə səslər gəldi. Ayılanda ətrafında onu əhatələmiş,hirsli nəzərlərlə baxan və ağıza alınmayacaq söyüşlər söyləyən qoyunlarını gördü. Sıçrayaraq ayağa qalxmış və kəndə tərəf qaçmağa başlamışdı. Qaçaraq evə gəlmib və başına gələnləri evdəkilərə danışdı. Təbii ki heç kim ona inanmadı. O zamanlar kənddə qorxulu hekayələr çox məşhur olduğundan İbrahimin söylədiklərini zarafat qəbul etdilər. Hətta onun dəli olduğunu düşünənlər də vardı. Hadisə bir müddət sonra unuduldu. Bu çoban bizim qonşumuz Hüsnü dayının babası imiş. İbrahim bir də o otlağa getməmiş və qoyunlara baxmırmış. Çoban İbrahim bir gecə tualetə getmiş və səhər boynu 180 dərəcə burulmuş və gözləri çıxarılmış formada yerə sərilmiş formada tapıldı. Kəndin itləri onun oyulmuş gözlərini yalayıb,parçalanmış ətlərini gəmirirdi. Bu mənzərə əsasında onun itlərin hücumuna məruz qaldığı versiyası ortaya atıldı. Çobanın oğlu Hüseyn evdə tək qalanda namaz qılmağa qərar verdi. 2-ci rəkatdan sonra ev sirkələnməyə başlamış amma Hüseyn namazını qılmağa davam edirmiş. Bu sırada evdə başqa bir varlığın olduğunu sezdi. Qorxudan dualarını etməyə başladı ki,bəlkə bu varlıqlar çıxıb gedər. Lakin nə qədər oxudusa heç bir faydası olmadı. Səcdəyə durduğu anda belinə bir şeyin çıxdığını hiss etdi. Hüseyn dayanmadan Kəlimeyi Şəadətini deyir, bu varlıqlarsa daha da ona ağırlığını salıb yerə çökdürürdülər. Evdə isə kimlərinsə qaçdığı və vərəqlərin cırılmağı səslərini eşidirdi. Sonda bu qədər qorxu və ağlamağın ardından belinə təpik yedi və hiss etdi ki,artıq onlar getməyə başlayır. Evdəkilərə bu hadisəni danışanda hamı ona inandı çünki 1-2 dəqiqə əvvəl evin divarında asılmış Qurani Kərim paramparça halda həyətdəki tualetdən tapılmışdı. Bu hadisə bütün kəndə və rayona yayılmış və kənd Cinli kənd deyə anılmağa başlanmışdı. Artıq bu tip hadisələr olmurdu. Hüseyn də qorxudan ağzına ALLAH kəlməsini demirmiş. 10 il sonra Hüsnü dayı 6 yaşında olarkən atası Hüseyn yataqda ölü olaraq aşkar edildi. Qorxudan gözləri bərəlmişdi,bədəni isə kəsik-kəsik idi. Kəndin mollası gəlib dualar oxumağa başlayanda Hüseyinin ölməmişdən qabaq iflic olduğunu və ayaq barmaqlarının qırldığını anlamış. Lakin Hüseyinin necə öldüyü hələ də müəmmalı idi. Çünki o gecə onun yanında oğlu Hüsnüdən başqa heç kim yoxuydu. Hüsnü də o gecə atasının otağından qəribə səslərin gəldiyini duymuş lakin önəmsəməmişdi.

Hüsnü dayı böyümüş və Ankaraya köçmüşdü. Orda ailə qurub çoxlu uşaqlara sahib olmuşdu. Çox dindar və gözəl insan idi bəzənsə qəribə hərəkətlər edirdi Lakin çox önəmsəmirdik. Bir gün yan evdən qışqırıq səslərinə oyandıq. Onu qonaq otağının ortasında əllərinin burularaq arxadan bağlanmış halda gördük. Keçən yay onu dəfn etdik.

647 total views, 2 views today

FİKİR BİLDİR