Mühafizəkarlarla liberalların fərqi

Dostlarınla Paylaş

Kanada alimlərinin apardığı araşdırma göstərib ki, mühafizəkar yəni irqçi, millətçi insanların IQ (intellekt əmsalı) səviyyəsi daha aşağı olur. Belə ki, alimlər qərəz və intellekt arasında bağlantını qurmaq üçün araşdırmalar aparıblar. Araşdırmalar Amerikada 10-11 yaşlı uşaqlar arasında keçirilib. Nəticədə müəyyən olunub ki, qərəzlə intellekt tərs mütənasibdədir. İnsanın zəkası nə qədər azdırsa ,bir o qədər daha çox qərəzli olmağa meyillidir. Digər bir araşdırmada iştirak edən insanla isə ictimai suallar verilib. Nəticə olaraq müəyyən olunub ki, daha yaxşı təhsil görmüş və daha intelektual insanlar daha liberaldırlar(azad,sərbəst düşünən). Araşdırmacılar deyirlər ki, əgər siz uşaqlıqda yetərincə yaxşı təhsil almamısınızsa,o zaman bu gün irqçi və milliyyətçi olma ehtimalınız daha çoxdur. Bu amilləri nəzərə alaraq, alimlər deyirlər ki, intellektual səviyyəsi aşağı olan insanlar üçün, adət-ənənəni izləmək, toplumun dalıyca getmək, izdihama riayət etmək daha asandır, nəyinki fərd olaraq özünü görmək. Mühafizəkarlıq və düşünmə qabiliyyəti tərs mütənasibdir.

Mühafizəkarlıq nədir?
Mühafizəkarlıq, adət -ənənələrə, dini və mənəvi dəyərlərə üstünlük verən, ictimai fikirlərdən asılı olan insana deyilir. Milli maraqları, vətənpərvərlik hisslərini fərdlərdən üstün tutan, özünü fərd kimi yox, hər hansı bir toplumun bir parçası kimi görən insanlardır.

Misal üçün 2010-cu ildə “Yeniyetmələrin Sağlamlığının Davamlı Araşdırması” İnstitutu (National Longitudinal Study of Adolescent Health) müəyyən edib ki, özünü “çox liberal” adlandıran gənclərin IQ səviyyəs orta hesabla 106.42, özünü “çox mühafizəkar” adlandıranların isə 94.82 olub.
©Nisa Hajıyeva

11902414_741545785974710_4814222689199032690_n-jpg-1700db9b99a99dd4c19483fd4e03605c

 

403 total views, 1 views today

FİKİR BİLDİR