Marsda Oksigen olması ilə əlaqədar bilməniz gərəkən 9 məlumat

Dostlarınla Paylaş

Marsda Oksigen olması ilə əlaqədar bilməniz gərəkən 9 məlumat
Keçdiyimiz aylarda NASA bir mətbuat açıqlamasıyla kosmik vasitə olan SOFIA ətraflı desək İnfraqırmızı Astronomiya Stratosferik Rəsədxanası tərəfindən edilən kəşflər sırasında Mars atmosferində oksigen olduğunu eşitdirdi.
Bu nə anlamına gəlir? Bununla bağlı fikrinizdə bəzi suallar yarana bilər. Elə isə bu sualları cavablandırım.

loading…


1. Oksigen varsa orada yaşaya bilərikmi?
Təəssüf ki xeyir. Bunun iki əsas səbəbi var; birincisi oksigen miqdarının həyat üçün heç yetərli olmaması, ikincisi bu oksigenin bizim bildiyimiz oksigenlə də eyni olmamasıdır.
Yenə də hər nə qədər hazırda yaşamamıza əlverişli olmasa da, atom oksigenin varlığı Marsda keçmiş dövrdə həyat olmuş olma ehtimalını artıran bir kəşfdir. Hələ ki, daha əvvəl Marsda suyun olduğuna dair çox əhəmiyyətli bir kəşf edilmişdi.
2. Bu tapılan oksigenlə dünyadakı oksigenin fərqi nədədir?
Bizim nəfəs almada istifadə etdiyimiz oksigen təbiətdə molekulyar haldadır. Marsda kəşf edilən oksigen isə atom halındadır, yəni tənəffüs üçün heç uyğun deyil.

3. Atomik oksigen ilə molekulyar oksigenin tam olaraq fərqi nədir?
Ən sadə şəkildə açıqlayım; molekulyar oksigen iki ədəd oksigen atomunun bir araya gəlməsiylə meydana gəlir, atom oksigen isə yalnız bir ədəd oksigen atomundan ibarətdir. Oksigen atom haldaykən davamlı şəkildə digər elementlərlə qarşılıqlı təmas halına girməyə çalışır və təhlükəli bir halda olur.

4. Marsda niyə oksigen atomları bir araya gəlib dünyadakı kimi malekulyar oksigen halına gəlmir?
Əslinə baxılsa həm Dünyada, həm də Marsda atomik oksigen və molekulyar oksigen də var. Ancaq Dünyada olan atomik oksigenlər sürətli şəkildə digər elementlərlə reaksiyaya girdiyi üçün təbiətdə atomik halda oksigen tapmaq çox çətindir. Marsda isə oksigen atomları bir araya gəlib molekulyar oksigen yaratdığı anda yüksək ultrabənövşəyi şüa enerjisi səbəbiylə anında parçalanıb atomik hala dönürlər. Bu səbəblə Mars atmosferində molekulyar oksigenə rastlanmır.

5. Bəs bu kəşfin önəmi nədir?
Belə ki, bir zamanlar Marsın eynilə dünya kimi qalın bir atmosferə sahib olduğu düşünülür. Belə bir atmosferin olması da həyatın meydana gəlmiş olma ehtimalını yüksəldir. Elm insanlarının üzərində düşündüyü şeysə bu atmosferin necə günümüzdəki halına gəldiyidir. Hansı faktorların Marsın atmosferini sanki yox etdiyini araşdırırlar və atomik oksigen kimi qazlar da bu mövzuda edilən araşdırmalar üçün qızıl dəyərindədir.

6. Marsın atmosferinin itməsiylə bağlı biraz daha ətraflı desək…
2015-ci ildə elm insanları bu mövzuda əhəmiyyətli bir nəticəyə çatdı və günümüzdən tam 3,5 milyard il əvvəl Marsın maqnetik sahəsinin sirrli bir şəkildə ortadan itdiyini kəşf etdi. Maqnetik sahənin ortadan qalxmasının ardından Günəşdən gələn yüksək enerjili şüalardan qorunmamağa başlayan planet, yavaş-yavaş atmosferini bu şüalara qarşı itirdi. İndiki vaxtda da bu proses davam edir və Marsın atmosferi getdikcə tamamilə yox olmağa yaxınlaşır.

7. Atomik oksigenin kəşfi bu yox oluş prosesinin anlaşılmasına tam olaraq necə kömək edəcək?
Atomik oksigen struktur xüsusiyyətlərindən ötəri Mars atmosferinin ən üst təbəqəsində yer alıb. Bu təbəqə eyni zamanda Marsın atmosferinin kosmosa saçıldığı və gedərək incəldiyi bölgədir. Buradakı atomik oksigen miqdarının hesablanması və nə qədər miqdarda atomik oksigenin nizamlı olaraq kosmosa saçıldığının təsbit edilməsi, Marsın atmosferinin yox olma müddətini daha yaxşı anlamağa kömək olacaq.

8. Bu tərz bir araşdırma ilk dəfə mi edilir, oksigenin varlığının kəşf edilməsi niyə bu qədər uzun çəkdi?
Əslinə baxılsa tam 40 il əvvəl yenə NASAnın SOFIA qrupu Mars atmosferi üzərində işlər icra etmiş və o zamanlarda da atom oksigen izinə rast gəlmişdi. Dövrün Viking və Mariner vəzifələrindən sonra Marsın atmosferi ilə bağlı işlərə günümüzə qədər ara verilmişdi.

9. O halda bu kəşfi ilkindən daha əhəmiyyətli edən nədir?
Belə ki; ilk araşdırmaya və digər bilinənlərə görə təxmin edilən Mars atmosferinin üst təbəqəsindəki atom sayının, bu araşdırma nəticəsində çıxan nəticələrə görə olduqca çox olduğu ortaya çıxdı. Yəni bu kəşfdən anladığımız qədəriylə, Mars atmosferi sandığımızdan çox daha sürətlə yox olur. Yenə də bu nəticə üzərində qəti bir şəkildə danışmaq düzgün olmaz, necə ki elm insanları vəziyyətin Mars atmosferində yaşanan dəyişmələrdən qaynaqlanmış ola biləcəyini düşünür. Bu səbəbdən yeni müşahidələrin nəticələri də gəlmədən dəqiq şəkildə danışa bilmərik.
Ayrıca bu araşdırmanı ilk kəşflərdən ayıran bir xüsusiyyət daha var; o da Viking və Mariner vəzifələri üçün Marsa qədər gedildiyi halda, bu kəşflər Dünyadan heç uzaqlaşmadan, yerdən yalnız bir neçə min metr yüksəklikdən edilib.

Bu kəşflə bağlı ağla gələn ən əhəmiyyətli sualların cavabların dedim. Gələcəkdə yeni araşdırma nəticələri gəldikcə mövzuları çatdıracam.
Kəşflər, sirrli məlumatlar və bilmədiyimiz çox mövzular var. Özüm də videoları hazırladıqca dünya görüşümü artırıram və məlumat dolu videolarımı izləyənlərə çatdırıram. Kanala abunə olub videoları bəyənməyi unutmayın.
Kəşflər, sirrli məlumatlar və bilmədiyimiz çox mövzular var. Araşdırma edib tapdığım ən maraqlı, qeyri adi, sirrli və müəmmalı məlumatları Qırmızı Planet izləyicilərinə çatdırırıq. Kanala abunə olub videoları bəyənməyi unutmayın.

69 total views, 2 views today

FİKİR BİLDİR
loading...