Lənətli kukla – Annabelle

Dostlarınla Paylaş

1970-ci ildə 28 yaşında Donna adında bir qadına anası tərəfindən bir kukla hədiyyə edilir. Donna o dövrdə New Yorkdə bir mənzildə Angie adında bir dostuyla yaşayırdı. Donna və Angie kuklanın heç vaxt hərəkət etdiyini görməmişdi lakin onu otaqda qoyduqları şəkildə tapmırdılar. Bir müddət sonra ətrafda uşaq yazısı şəklində ” bizə kömək et ”  yazılmış notlar tapılırdı. Kuklanın üzərində qan ləkələri yaranmağa başlayanda qızlar bir medyum çağırmağı qərara aldılar. Medyum seans zamanı Annabelle Higgins adında bir ruhla əlaqə yaratdığını iddia etdi. Medyumun söylədiklərinə görə Annabelle gənc yaşlarında o evdə ölmüşdü. Donna və Angie bu hekayəni eşidəndə Annabellə rəhm edirlər. Bu hadisədən sonra Angienin qardaşı Lou gənc qızların evində qalmağa gəldi. Evdə qaldığı gün o yuxusunda bu kuklanın ona hücum çəkdiyini görür. Lakin səhər oyandığında hücuma dair heç bir iz yoxdu. Ertəsi gün Lou evdə tək olduğu zaman o, Donnanın otağından səslər gəldiyini eşitdi. Otağa girəndə kuklanın yerdə yatdığını gördü. O sırada sinəsində bir ağrı hiss etdi. Köynəyi qan olmuşdu çünki sinəsində 7 yara birdən açılmışdı. Yaralar bir neçə günə heç bir iz qoymadan sağaldı. Bu hadisədən sonra Donna və Angie kuklanı ələ keçirdən ruhunheç də saf niyyətli olmadığı yönündə qənaətə gəldilər. Donna, Hegen adında bir rahiblə əlaqə yaratmağı qərara aldı. Hegen hekayəyi eşidəndən sonra şeytan çıxarmaq üzrə mütəxəssis Cooka xəbər verdi. Cook da paranormal hadisələr üzrə ixtisaslaşan Ed v Lorraine Warrenlə əlaqə saxladı. Warrenlər iki qadınla da danışdılar. Warrenlər kuklanın şeytani bir varlıq tərəfində ələ keçirildiyini və kuklaya yaxınlaşanların da bu ruhdan təsirlənəcəyi qənaətinə gəldilər. Rahib Cook ruhu qovmaq üçün şeytan çıxartma ayini etdi. Bu ayın bir ruh tutmaq üçün bir ayin deyildi. Daha çox bu evi ALLAHIN  sevgisiylə doldurmaq və pis ruhlardan qorunmaq üçün edilmiş bir ayin idi. Warrenlər bu kuklanı qadınların təhlükəsizliyi üçün özləriylə aparmağı qərara aldılar. Kukla hal-hazırda Warrenlərin Monroedəki muzey kimi istifadə edilən evlərindədir. Warrenlər kuklanı evə apararkən çoxlu qəzalar keçirdilər. Evə çatan kimi kuklanı müqəddəs suya soxub,çıxardaraq şkafa bağlayıblar. Kukla şüşə qapılı şkafa kilidləndi. Beləcə kukla ziyarətçilərin həm toxuna bilməyəcəyi,həmçinin görə biləcəyi yerdə saxlanıldı. O gündən etibarən kukla Annabelle adıyla tanındı. Annabellenin saxlanıldığı şkafın üzərində belə yazılmışdır: ” Diqqət, qətiyyən açmayın “.

İllər boyu Warrenlərin evində birəbir bu kuklayla təmasda olan hər kəsin başına aşıqlana bilinməyən hadisələr gəldi.  Məsələn,bir rahib buna inanmayaraq kuklanı əlinə aldı. Kilsəyə qayıdarkən yolda ölümcül bir qəzadan canını güclə qurtardı. Başqa bir hadisədə isə bir ziyarətçi kuklanın olduğu şkafa bir əşya ataraq lağa qoydu. 1 saatdan az keçməyərək o şəxs öz motosikletində idarəni itirərək ağaca çırpılıb həyatını itirdi.

Ed və Lorraine belə qənaətə gəldilər ki, kuklanı ələ keçirdən şeytani bir varlıqdır. Buna görə də kuklanın ətrafında neqativ hadisələr və qəzalar çox olurdu. Medyum onunla əlaqə yaradanda insanları aldatmaq məqsədilə özünü Annabelle kimi məsum bir ruh olaraq tanıtmışdı. Warrenlərin dediyinə görə qızlar bu kuklanı onlara verməslərdi bu varlıq onlardan birinin bədənini ələ keçirdə bilərdi.

 

251 total views, 1 views today

FİKİR BİLDİR
loading...