Kişi-qadın dostluğu mümkündürmü?

Dostlarınla Paylaş

Viskonsin universitetinin alimləri evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırmalar aparmaqla aşağıdakı nəticələrə gəliblər:

— kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidilər. Kişinin dostluq etdiyi qadına ehtirası “sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss hardasa vurub çıxır üzə. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.

— evli qadın başqa bir kişi ilə “sıfır” ehtiraslı dost ola bilər. Hər kəs dünyaya öz aləmindən baxdığından, qadının əri onu dostuna qısqanmağa meyllidir. Hesab edir ki, adamın onun arvadına qarşı (və arvadının ona qarşı) gizli ehtirası mütləq olmalıdır. Başqa sözlə, kişilər “sıfır” ehtiraslı kişi-qadın dostluğuna inanmırlar. Evli qadınlar isə bunu mümkün hesab edirlər.

— evli qadın dost kişiyə “sıfır” ehtirasla yanaşırsa, hesab edir ki, qarşı tərəf üçün də belədir. Buna görə, ərinin onu dostuna qısqanmasını anlamır. Yəni, iki fərqli dünyagörüşü toqquşur bu məsələdə.

— subay qadın da “sıfır” ehtiraslı dostluqda ola bilər. Amma bu kişi onun yeganə dostudursa, olur ki, qadın onun potensial cinsi tərəfdaş (yaxud potensial ər) ola biləcəyini isitsna etmir və buna ümid edir.

29 total views, 1 views today

FİKİR BİLDİR