Kəpənəyin qanadları: Əkiz Jet Nebula

Dostlarınla Paylaş

NASA / ESA Habl Kosmos teleskopundan əldə edilən bu görünüşdəki parıldayan rənglər, Əkiz Jet Nebulanın fövqəladə mürəkkəbliyi gözlər önünə sərir. Bu yeni görünüş, Nebula qabıqlarını və genişlənən qaz düyünlərini təəccüblü detallarla ortaya qoyur. Iridescent iki material lobu mərkəzi ulduz sistemindən xaricə doğru uzanır. Bu iki lop içərisində iki nəhəng qaz reaktivi, saatda bir milyon kilometri keçən sürətlə ulduz sistemindən axıb gedir.

NASA / ESA Habl Kosmos Teleskobun’dan əldə edilən bu görünüşdəki kosmik kəpənək bir çox adla xatırlanır: PN M2-9 adının yanında Əkiz Jet Nebula olaraq da bilinir.

M hərfi 1947-ci ildə bu Nebula kəşf Alman-Amerika astronomu Rudolph Minkowski’ye istinadəna var. Bu vaxt PN (GB) isə M2-9’un planetik bulud (planetary nebula) olduğu gerçəyini ifadə edir. Bu şəkildə açıq bir şəkildə görülən parlaq və genişlənən qaz qabıqları aşağı-orta kütləli yaşlı bir ulduzun həyatının son səhnələrini təsvir edir. Ulduz ən xarici təbəqəsini püskürtməklə qalmır, bu təbəqələr eyni zamanda nüvə tərəfindən çıraqlanır. Və beləcə möhtəşəm bir işıq nümayişiylə qarşı-qarşıya qalırıq. Bununla birlikdə, Əkiz Jet Nebula hər hansı bir planetik bulud deyil, cüt qütblü bir Nebuladır.

İkili ulduz sistemlərində, adi planetik buludların mərkəzlərində yalnız bir ulduz vardır, cüt qütblü nebulalarda isə iki ulduz var. Astronomlar, bu cütün içərisindəki iki ulduzun, Günəşin kütləsi ilə təxminən olaraq eyni kütləyə sahib olduğunu kəşf etdilər. Böyük ulduz, öz qiyamətinə getdikcə yaxınlaşır və hal-hazırda ən xaricdəki qaz layını kosmosa püskürtmüş vəziyyətdədir. Partnyoru isə daha da inkişaf etmiş olan kiçik bir ağ cücə.

Əkiz Jet Nebulanı qanadlarının xarakteristika şəkli, böyük ehtimalla iki mərkəzi ulduzun bir-biri ətrafında hərəkətlərindən qaynaqlanır. Ağ cücənin digər ulduzun orbitinə yerləşdiyi düşünülür və beləcə ölməkdə olan ulduzdan püskürdülən qaz, vahid bir kürə halında genişlənir ,çoxu bu iki lop içərisinə çəkilir. Lakin astronomlar bütün cüt qütblü nebulaların ikitərəfli ulduzlardan meydana gəlib gəlmədiyi üzərində hələ müzakirə edir. Bu vaxt Nebula qanadları hələ genişlənir və astronomlar genişlənmə ölçüsündən yola çıxaraq bu Nebulanın yalnız 1200 il əvvəl meydana gəldiyini hesabladılar.

Qanadların içərisində ulduz sistemindən başlayan və üfüqi bir şəkildə xaricə doğru genişlənən damar bənzəri mavi rəngdə iki parça görülür. Nebulalar göy qurşağı rənglərinə nəzərən dərhal gözə çarpmasalar da bunlar, əslində, saatda bir milyon kilometri aşan bir sürətlə kosmosun içinə doğru axıb gedən əkiz reaktivlərdir. Bu reaktivlər, ikili sistemin güclü cazibə  tərəfindən çəkilərək loplar üzərindən devinir və beləcə yavaş-yavaş yönlərinii dəyişdirirlər.

Nebula ürəyindəki iki ulduz, kobudca hər yüz ildə bir-biri ətrafında orbitlərini tamamlayırlar. Bu dönüş (fırlanma), kəpənəyin qanadlarını və iki reaktivi meydana gətirməklə qalmır eyni zamanda ağ cücənin, daha böyük olan həyat yoldaşından, qaz çəkməsinə də icazə verir. Və sonrasında ulduzun ətrafında Plutonun orbitinin 15 qatına qədər uzanan böyük bir material diski meydana gəlir. Bu disk inanılmaz dərəcədə böyük olmasına baxmayaraq Hubble teleskopundan əldə edilən bu görünüşdə görülməyəcək qədər kiçikdir.

 

Bu text aşağıda linki verilən məqalənin tərcüməsi əsasındadır.
http://www.spacetelescope.org/news/heic1518/

289 total views, 3 views today

FİKİR BİLDİR